İşçilərin sosial müdafiəsi gücləndirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas iqtisadi vəzifələrinin və sosial proqramların uğurlu icrasını təmin etməkdədir. Bu əsasda respublikada reallaşdırılan sosial-iqtisadi siyasətin prioritet komponenti kimi qeyri-neft sektorunun inkişafı istiqamətində köklü islahatların düşünülmüş şəkildə əmək resurslarının məşğulluğuna yönəldilməsi əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğu baxımdan vacib rol oynayır.
11 İyul 2017 13:03 Sosialİşdən azad olunanlara ödənişlər ediləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas iqtisadi vəzifələrinin və sosial proqramların uğurlu icrasını təmin etməkdədir. Bu əsasda respublikada reallaşdırılan sosial-iqtisadi siyasətin prioritet komponenti kimi qeyri-neft sektorunun inkişafı istiqamətində köklü islahatların düşünülmüş şəkildə əmək resurslarının məşğulluğuna yönəldilməsi əmək ehtiyatlarının daha geniş müstəvidə səmərəli məşğulluğu baxımdan vacib rol oynayır. Ölkəmizdə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılmasına yönəlik genişmiqyaslı islahatlar, aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi şəraitində əmək münasibətlərinin səmərəli tənzimlənməsi, bu münasibətlər sisteminin iştirakçılarının hüquq və təminatlarının effektiv müdafiəsi, adekvat nəzarət mexanizmlərinin tətbiqi layiqli əmək konsepsiyasının uğurla reallaşdırılması istiqamətində qarşıda duran prioritet vəzifələrdəndir. Bu baxımdan Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir. Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası əmək münasibətləri sferasında meydana çıxan aktual məsələlərin konseptual diaqnostikası və həlli, eləcə də bu sahədə inzibatçılığın qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi üçün vacib önəm daşıyır. Təbiidir ki, bu prosesdə əmək qanunvericiliyinin tələblərinə əməl olunması mühüm şərtlərdəndir. Marqlıdır, hazırda ölkədə işçilərin sosial müdafiəsi necə təmin olunur? Bu sahədə hansı yeniliklərin edilməsi nəzərdə tutulur?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, dövlət başçısının sərəncamı əsasında yaradılmış Komissiyanın hazırladığı əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planının layihəsində əmək müfəttişlərinin potensialının gücləndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı əmək müfəttişliklərində hüquqi yardım mərkəzlərinin yaradılması kimi tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Bundan başqa Ölkə Proqramı çərçivəsində Xidmətin fəaliyyətini tənzimləyən qanunvericilik bazası və mövcud vəziyyət BƏT-in ekspertlərinin dəstəyi və yerli mütəxəssislərin səyi ilə artıq qiymətləndirilib. Sosial partnyorların birgə qərarı ilə yaradılmış Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın 2017-ci il üzrə iş planında da əmək qanunvericiliyinin pozulması halları ilə bağlı şərti cərimələr sisteminin yaradılması və belə əmək qanunvericiliyinin pozulması hallarına yol verməyən işəgötürənlərin müəyyən dövr ərzində yoxlamalardan azad edilməsi, iş yerlərinə baxışın yoxlama aparılmadan keçirilməsi, işəgötürənlərlə sosial partnyorluq müqaviləsinin bağlanılması üzrə fəaliyyətin genişləndirilməsi və s. təkliflərə baxılması nəzərdə tutulur. Paralel olaraq Əmək Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi də müzakirə predmeti olaraq qalır. Belə ki, Məcəllədə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əmək münasibətlərində mülki hüquqi xarakterli müqavilələr üzrə yerinə yetirilən işlərdən fərqləndirən amillərin müəyyən edilməsi, əmək münasibətlərində sahibkarlıq subyektlərinə maneçilik yaradan halların aradan qaldırılması, qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün onların işləməsinə qadağa qoyulan iş yerləri barədə məhdudiyyətin götürülməsi, əmək münasibətlərində birbaşa və dolayı ayrı-seçkiliyə yol verilməyən amillərin beynəlxalq normalara uyğun olaraq daha geniş şəkildə müəyyən edilməsi və s. ilə bağlı dəyişikliklər edilməklə təkmilləşdirilməsi məsələsinin də müzakirə edilməsi nəzərdə tutulur.
Nazirlikdən o da bildirilib ki, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər işçilərin ixtisarı zamanı onların etibarlı sosial müdafiəsinə xidmət edir. Dövlət başçısının 2017-ci il 2 iyun 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı "Əmək bazarının səmərəliliyi" göstəricisi üzrə də ölkəmizin reytinqinin artırılmasına, eləcə də əmək qanunvericiliyinin inkişaf etməkdə olan bazar iqtisadiyyatının tələblərinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına xidmət edir. Həmin Tədbirlər Planına uyğun olaraq cari ildə Əmək Məcəlləsinə dəyişikliklər edilib. Bu dəyişikliklərin "İşsizlikdən sığorta haqqında" Qanun qəbul olunduqdan sonra həmin Qanunla paralel olaraq 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Dəyişikliklər işçilərin ixtisarı zamanı işdənçıxarma müavinətinin bir aylıq orta əmək haqqından artırılaraq iki orta əmək haqqı səviyyəsində müəyyən edilməsini, bu müavinətin işdən azad edilən işçinin həmin işəgötürənlə olan əmək stajından asılı olaraq diferensiallaşmış formada verilməsini nəzərdə tutur. Həmçinin bu dəyişikliklər işçilərin ixtisarı zamanı məşğulluq orqanından alınan arayışlar əsasında işəgötürən tərəfindən verilən ikinci və üçüncü aylar üçün orta əmək haqqının işəgötürən tərəfindən deyil, yeni qəbul edilən "İşsizlikdən sığorta haqqında" Qanuna əsasən məşğulluq orqanları tərəfindən təmin edilməsinə, ixtisarla əlaqədar işdən azad edilən işçilərin iki aylıq xəbərdarlıq müddətinin onların həmin işəgötürənlə olan əmək stajından asılı olaraq diferensiallaşmış formada olmasına yönəlib. Xəbərdarlıq müddətini gözləmədən işdən azad olunan işçilərə xəbərdarlıq müddəti əvəzinə verilən orta əmək haqqının xəbərdarlıq müddətindən asılı olaraq diferensiallaşmış məbləğlərdə, eləcə də xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq verilməsi, müddətli əmək müqaviləsinin maksimal müddətinə olan məhdudiyyətin (5 il) aradan qaldırılması da dəyişikliklərdə əksini tapıb.
Nurlan