Ailədə uşaq hüquqlarının pozulması valideynlik hüququndan məhrumetmə ilə nəticələnə bilər

Günümüzdə müşahidə etdiyimiz mənfi tendensiyalardan biri də ailədə uşaqların hüquqlarının pozulması, onların valideynlər tərəfindən incidilməsi, bəzən isə qeyri-insani rəftar hallarının baş verməsidir. Bu gün tez-tez rast gəldiyimiz hallardır ki, uşaq ailədə valideynlərdən biri tərəfindən şiddətə məruz qalır, yaxud o valideyn tərəfindən məcburi əməyə cəlb olunur.

Valideynlik hüququndan məhrumetmə hansı hallarda mümkündür?

Günümüzdə müşahidə etdiyimiz mənfi tendensiyalardan biri də ailədə uşaqların hüquqlarının pozulması, onların valideynlər tərəfindən incidilməsi, bəzən isə qeyri-insani rəftar hallarının baş verməsidir. Bu gün tez-tez rast gəldiyimiz hallardır ki, uşaq ailədə valideynlərdən biri tərəfindən şiddətə məruz qalır, yaxud o valideyn tərəfindən məcburi əməyə cəlb olunur. Baxmayaraq ki, bəzi hallarda məcburi əməyə cəlb edilən uşağın çalışmaq üçün yaşı kifayət qədər olmur. Yaxud uşaq tamamilə ona zidd olan, hətta onun gələcək həyatı üçün mənfi fəsadlar törədə biləcək işlərə sövq edilir. Bir çox hallarda bu kimi mənfi hallar ictimailəşdirilir, onun həlli məqsədilə müvafiq tədbirlər görülür. Eyni zamanda müntəzəm olaraq bu istiqamətdə maarifləndirici tədbirlər də həyata keçirilir. Bütün bunlara baxmayaraq hələ də qeyd etdiyimiz mənfi tendensiya qalmaqdadır. Bəzən isə vəziyyət elə ciddi xarakter alır ki, ailədə hüquqları pozulan uşaq məhkəmə qərarı əsasında bu məhrumiyyətlərdən qurtulur və valideynin uşaq üzərində hüquqları onun əlindən alınır. Məlumat üçün qeyd edək ki, uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (və yaxud onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Ailə qanunvericiliyində uşağın öz fikrini bildirmək hüququ onu göstərir ki, qanunverici uşağı şəxsiyyət kimi qəbul edir, onun maraqlarına , qanuni mənafelərinə toxunan məsələlərə dair fikrini bildirmək hüququna hörmətlə yanaşır. Bu hüquqların yerinə yetrilməsi üçün Qanun uşağa təminat verir.

Azərbaycan Respublikasının konstitusiyasının 17-ci maddəsinin II bəndində göstərilmişdir: "Uşaq qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Bəs valideynlik hüququndan məhrum etmə hansı hallarda mümkündür?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki, valideynlik hüququndan məhrum etmə məhkəmə qaydasında həll edilir. Onun sözlərinə görə, valideynlik hüququndan həm ata, həm də ana məhrum edilə bilər. Ümumiyyətlə, valideyn hüquqlarından məhrumetmə və validynlik hüquqlarının məhdudlaşdırılması da yalnız qanunla müəyyən olunmuş əsaslar üzrə mümkündür Qeyd etmək lazımdır ki, valideynlik hüquqları müddətlidir, yənimüvəqqəti xarakter daşıyır. Bu hüquqlar uşaq doğulan andan yaranır, onların xitam edilməsi - Ailə Məcəlləsinin 56.2-ci maddəsində nəzərəd tutulan halların meydana gəlməsilə bağlıdır". Hüquqşünas bildirib ki, valideynlik hüququndan məhrumedilmə valideyn öz valideynlik vəzifələrini yerinə yetirmədikdə mümkündür: ".Misal üçün, övladın tərbiyəsində iştirak etmədikdə, ona qayğı göstərmədikdə və s". Asif Abdullayev

qeyd edib ki, valideynlik hüququndan məhrumetmə hallarına daha çox boşanma hallarından sonra tez-tez rast gəlinir. Belə ki, alimenti qəsdən ödəmədikdə belə bir addım atıla bilər: "Ancaq alimentin qəsdən ödənilməməsi sübut edilməlidir. Eyni zamanda alimentin ödənilməməsi səbəbləri araşdırılmasıdır. Valideynin işsiz olması, xəstə olması və sair özündən asılı olmayan üzrlü səbəblərdən aliment ödəməməsi, onun valideynlik hüququndan məhrum edilməsinə əsas ola bilməz. Həmçinin heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə bu hüquq məhrum edilir. . Misal üçün, valideyn uşaqdan gəlir qazanmaq üçün istifadə etdikdə, dilənçilik və s. hallara cəlb etdikdə". Asif Abdullayevin sözlərinə görə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə də eyni addımı atmaq mümkündür: "Məişət zorakılığı dedikdə - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, ailə üzvlərinin (və ya keçmiş) birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür. Yaxud valideyn xroniki alkoqol və narkomaniya xəstəsidirsə və valideynin xroniki alkoqol və ya narkomaniya xəstəliyinə tutulması tibbi sənədlərlə təsdiq edilərsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə bu kimi hallar keçərli olur. Bu halda, valideynin təqsirli olaraq qəsdən cinayət törətməsi qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edilməlidir. Valideynlik hüquqlarından məhrum edilmiş valideyn uşağa münasibətdə bütün qohumluq hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Ancaq valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər ki, bura da aliment ödəmək və s. aiddir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31