Sədaqət Əliyeva beynəlxalq konfransda
UNESCO-nun dəstəyi ilə Avropa Sosial İş Məktəbləri Assosiasiyası, Fransada Sosial İş Təhsili və Tədqiqatı üzrə Milli Birlik Fransanın Paris şəhərində elmi-praktik konfrans keçirib.
11 İyul 2017 13:04 SosialUNESCO-nun dəstəyi ilə Avropa Sosial İş Məktəbləri Assosiasiyası, Fransada Sosial İş Təhsili və Tədqiqatı üzrə Milli Birlik Fransanın Paris şəhərində elmi-praktik konfrans keçirib.
"Avropada sosial iş təhsili: çətinliklər və maneələr" mövzusunda keçirilən konfransda Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı, Kulturologiya kafedrasının müdiri, dosent Sədaqət Əliyeva "Cənubi Qafqazda Sosial iş" mövzusunda təqdimat ilə çıxıb edib.
Universitetdən "Olaylar" - a bildirilib ki, Avropanın müxtəlif ölkələrini, Kanada, Filippin, ABŞ və Avstraliyada daxil olmaqla 40-dan çox ölkədən, 100-ə yaxın Sosial iş Məktəbi, beynəlxalq təşkilatlar və yerli Sosial işçilər Birliklərini təmsil edən 300-ə yaxın nümayəndənin iştirak etdiyi plenar iclaslarda məhşur sosial iş mütəxəssisləri, BB-ın Essex Universiteti, Durham Universitetinin, İsveçin Qotenburq Universitetinin professorları öz nəzəri və elmi biliklərini paylaşıblar.