Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı

İyulun 11-də AMEA – nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmə  üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

İyulun 11-də AMEA - nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Akademiyadan "Olaylar" - a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmə  üzvləri, elmi müəssisələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli gündəlikdəki məsələlər haqqında iştirakçılara məlumat verib. Elmi-təşkilati məsələlərdən ilk olaraq HEB-in yeni tərkibi müzakirə edilib. Bölmə yeni tərkibinin təsdiqi və büro üzvlərinin təyin olunması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.
Gündəlikdə yer alan növbəti məsələ HEB-ə daxil olan elmi müəssisələrin 2017-ci ilin I yarımil­li­yin­də­ki elmi və elmi-təşkilati fəaliyyətləri haqqında olub. Hesabat məruzəsi ilə çıxış edən bölmənin akademik-katibi, akademik Teymur Kərimli cari ilin ilk altı ayı ərzində elmi müəssisələrdə görülmüş elmi və elmi-təşkilati işlərdən bəhs edib. 
Tədbirdə Ədəbiyyat və Dilçilik institutlarının Elmi şuralarının tərkiblərində də­yi­şik­lik edilməsi, həmçinin Ədəbiyyat və Əlyazmalar institutlarının bir neçə doktorant və dissertantına təhsillərində möhlət verilməsi haqqında qərarlar qəbul olunub.
Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinin qeyd olunması haqqında müzakirələr aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31