“Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiya nəşr olundu

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiyası işıq üzü görüb. Bölmədən “Olaylar” – a bildirilib ki, kitab AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, filologiya üzrə elmlər doktorları- Hüseyn Həşimli və Fərman Xəlilovun rəyi ilə çap olunub. Monoqrafiya akademik İsa Həbibbəylinin qələmə aldığı “Böyük ədibin şeir yaradıcılığı” adlı ön sözdən, giriş, 3 fəsil və nəticədən ibarətdir.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın "Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı" adlı monoqrafiyası işıq üzü görüb. Bölmədən "Olaylar" - a bildirilib ki, kitab AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, filologiya üzrə elmlər doktorları- Hüseyn Həşimli və Fərman Xəlilovun rəyi ilə çap olunub. Monoqrafiya akademik İsa Həbibbəylinin qələmə aldığı "Böyük ədibin şeir yaradıcılığı" adlı ön sözdən, giriş, 3 fəsil və nəticədən ibarətdir.
Monoqrafiyada mollanəsrəddinçi satirik şeirin ideya-estetik, dil və ifadə xüsusiyyətlərinin formalaşdırılmasında Cəlil Məmmədquluzadənin rolundan əsaslı şəkildə bəhs edilir.
Kitabda uzun illər müəllifinin dəqiqləşdirilməsi ilə bağlı ədəbi mübahisələr gedən "Nə işim var?!" satirası ilə bağlı böyük ədibin, müasirlərinin yazdıqları qeydlərə, bu əsərlə bağlı mübahisələrin tarixi və məzmununa diqqət çəkilir və yeni mövqe ortaya qoyulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31