Səyyar kitabxana layihəsinə start verildi

İyulun 11-də Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından nazirliyin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən “Səyyar kitabxana” adlı layihənin növbəti mərhələsinə start verildi.

Azad Rəhimov: "Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər həmin kitabları səyyar kitabxanadan əldə edə bilər"

İyulun 11-də Gənclər və İdman Nazirliyinin inzibati binasının qarşısından nazirliyin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən həyata keçirilən "Səyyar kitabxana" adlı layihənin növbəti mərhələsinə start verildi. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə nazir Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev iştirak ediriblər. Media nümayəndələrinə müsahibəsi zamanı nazir Azad Rəhimov bildirdi ki, həyata keçirildiyi ilk ildən layihə çox uğurlu oldu. Məhz bunun nəticəsi olaraq kitabxananın aparıldığı bütün rayon mərkəzlərində çox böyük maraqla qarşılanıb. Nazir ingilis, rus və azərbaycan dilində olan kitablarla bağlı 15 minə qədər müracitələrin olduğunu qeyd edib. Azad Rəhimov deyib ki, hazırda səyyar kitabxanada 5 minə yaxın kitab var. 10 minə yaxın kitab isə elektron versiyada mövcuddur. Kitabxanada həmçinin dərsliklər də var. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər həmin kitabları səyyar kitabxanadan əldə edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31