Şagirdlərə “Turizm və Qonaqpərvərlik” mövzusunda təlim keçirilib

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin (AHTTSA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yeniyetmələr arasında bölgə turizminin inkişafının təbliği və onlarda turizm yönümlü peşələrə həvəsin stimullaşdırılması” layihəsi çərçivəsində daha bir tədbirini Lerik rayonu "Relax" istirahət mərkəzində həyata keçirib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin (AHTTSA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yeniyetmələr arasında bölgə turizminin inkişafının təbliği və onlarda turizm yönümlü peşələrə həvəsin stimullaşdırılması" layihəsi çərçivəsində daha bir tədbirini Lerik rayonu "Relax" istirahət mərkəzində həyata keçirib. "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, layihəyə əsasında Sumqayıt şəhəri icra hakimiyyəti və təhsil şöbəsinin dəstəyi ilə cəlb olunan əlaçı şagirdlərdən ibarət 30 nəfərlik heyət də Lerikə səfər edib. İstirahət mərkəzində "Turizm və Qonaqpərvərlik" mövzusunda təşkil edilən təlimlərə Lerik rayonunda fəaliyyət göstərən orta məktəblərin şagirdləri də cəlb olunub. Təlimlər şagirdlərdə böyük maraq oyadıb. Onlara Azərbaycan Turizm və Menecment Univesitetitnin, Bakı Turizm Pəşə Məktəbinin tədris nəşrləri, turizm haqqında elmi məqalələrin toplusu və turizm terminləri dərs vəsaitləri paylanılıb. Təlim prosesində iştirak edən Milli Məclisinin deputatı İqbal Məmmədov şagirdlərə layihənin əhəmiyyəti barədə məlumat verib. İki gün davam edən təlimin son günü Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı İqbal Məmmədov və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Rruslan Quliyev və "New Baku" hotelinin baş mneceri Ceyhun Aşurov şagirdlərə diplom və fəxri fərmanlar təqdim edib. Səfər müddətində şagirdlər arasında maraqlı intellektual idman oyunları keçirilib. Oyunların qaliblərinə kuboklar verilib. Sumqayıt yeniyetmələri həmçinin Lerik rayon mərkəzində Heydər Əliyev Mərkəzi, Uzun ömürlülər və Tarix diyarşunaslıq muzeylərinə təşkil olunan ekskursiyalarda iştirak ediblər.

Qeyd edək ki, "Yeniyetmələr arasında bölgə turizminin inkişafının təbliği və onlarda turizm yönümlü peşələrə həvəsin stimullaşdırılması" layihəsinin əsas məqsədi qeyri-neft sektorunun ən prioritet sahəsi olan turizmin inkişafına, o cümlədən Azərbaycan üçün vacib sayılan alternativ turizm növlərinin (ekoturizm, kənd turizmi, sağlamlıq) inkişafına dəstək vermək, yeniyetmələrə turizm peşəsini sevdirmək, Azərbaycanın bölgələrini, tarixini, mədəniyyətini, qonaqpərvərliyini, milli mətbəxini, qan yaddaşını daha da dərindən öyrənməyi aşılamaq, xarici və yerli turistlərə bunların təqdimatı texnologiyalarını öyrətmək və seçilmiş bölgələr üzrə turizm marşrutlarının təbliği və öyrənilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31