Yanvar – iyun ayları ərzində MEK - ə daxil olan sənədlər

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 2017-ci il yanvar-iyun ayları ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib. Kitabxanadan “Olaylar” – a bildirilib ki, MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova yanvar-iyun ayları ərzində kitabxanaya daxil olmuş sənədləri əks etdirən slaydı təqdim edib. O, yanvar-iyun ayları ərzində kitabxanaya pulsuz məcburi nüsxə olaraq 994 kitab, 553 jurnal, hədiyyə olaraq 1118 kitab, 1522 jurnal, 4 kolleksiya, 22 satınalma, 64 dissertasiya, 344 avtoreferat, 154 elektron resurs, beynəlxalq kitab mübadiləsi çərçivəsində isə 388 ədəd sənəd daxil olduğunu açıqlayıb. A.Səfərova sənədlərin təqdim olunma qaydası, təqdim olunan elektron resurslarda müəllif hüquqlarının tənzimlənməsi, sənədlərin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi, sərgi salonunda sərgilənməsi və mek.az saytında işıqlandırılaraq ənənəvi və elektron kataloqa daxil edilməsini göstərən mərhələli iş mexanizmini izah edib.

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 2017-ci il yanvar-iyun ayları ərzində kitabxanaya daxil olan sənədlərin təqdimatını keçirib. Kitabxanadan "Olaylar" - a bildirilib ki, MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova yanvar-iyun ayları ərzində kitabxanaya daxil olmuş sənədləri əks etdirən slaydı təqdim edib. O, yanvar-iyun ayları ərzində kitabxanaya pulsuz məcburi nüsxə olaraq 994 kitab, 553 jurnal, hədiyyə olaraq 1118 kitab, 1522 jurnal, 4 kolleksiya, 22 satınalma, 64 dissertasiya, 344 avtoreferat, 154 elektron resurs, beynəlxalq kitab mübadiləsi çərçivəsində isə 388 ədəd sənəd daxil olduğunu açıqlayıb. A.Səfərova sənədlərin təqdim olunma qaydası, təqdim olunan elektron resurslarda müəllif hüquqlarının tənzimlənməsi, sənədlərin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi, sərgi salonunda sərgilənməsi və mek.az saytında işıqlandırılaraq ənənəvi və elektron kataloqa daxil edilməsini göstərən mərhələli iş mexanizmini izah edib.

MEK-in Fondların fondlaşdırılması bölməsinin əməkdaşları Aysel İbrahimli, Xədicə Ağayeva, Qönçə Cəlilova, Sevil Əliyeva çıxış ediblər. Çıxışlarda bildirilib ki, iyun ayı ərzində MEK-ə pulsuz məcburi nüsxə kimi 129 ədəd kitab, 56 ədəd jurnal, 13 disertasiya, 73 avtoreferat, 26 elektron resurs daxil olub. Daxil olan kitabların arasından "Xarici ölkələrdə Azərbaycan mətbuatı: 1990-2005-ci illər", "Haqq-nahaqq seçilər Haqq divanında", "Qaçaq Gülsüm və Stalin" kitablarının, o cümlədən xalq rəssamı Rasim Babayevin və professor Şirməmməd Hüseynovun kitablarının qısa məzmunları çatdırılıb. MEK-in beynəlxalq kitab mübadiləsi çərçivəsində iyun ayı ərzində kitabxanaya Yaponiya, Belarus, Ukrayna, ABŞ, Almaniya, Çexiya, Çin, Türkiyə, Rumıniya, Rusiya, Böyük Britaniya, Şotlandiya, Polşa, Fransa, Macarıstan, Norveç və s. ölkələrdən müxtəlif elmi sənədlər daxil olub. O cümlədən ölkə xaricinə də AMEA-nın nəşrləri, Azərbaycan alimlərinin əsərləri göndərilib.

Əməkdar jurnalist, AzTV-nin əməkdaşı Faiq Hüsiyev MEK-in iş mühiti ilə yaxından tanış olduğunu bildirərək görülən işləri yüksək qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31