AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanasında yeni nəşrlərin təqdimatı
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi” monoqrafiyasının və həmin institutun Sorbsiya prosesləri laboratoriyasının müdiri kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri” kitabının təqdimat mərasimi keçirilib.
11 İyul 2017 16:40 SosialAMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin "Gümüşlü qurğuşun-sink filizinin kompleks emalının elmi və praktiki əsaslarının işlənməsi" monoqrafiyasının və həmin institutun Sorbsiya prosesləri laboratoriyasının müdiri kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın "Naxçıvan Muxtar Respublikasının seolitləri, mövcud istifadəsi və perspektivləri" kitabının təqdimat mərasimi keçirilib.
Bölmədən "Olaylar" - a bildirilib ki, bölmənin Elektron Kitabxanasının Oxu zalında keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov "Naxçıvan Muxtar Respublikasının seolitləri haqqında qiymətli əsər" mövzusunda məruzə ilə çıxış edib. Sonra kimya elmləri doktoru Bayram Rzayev "Gümüşlü qurğuşun-sink filizi haqqında qiymətli əsər" mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov və kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev çıxış edərək yeni nəşrlərin elmi işçi və ali məktəb tələbələri üçün faydasından danışıblar.