“Qarabağ”ın fanatları metro vaqonlarına zərər vurdu
İyulun 11-də “Qarabağ” futbol klubunun Gürcüstan komandası üzərində qələbəsindən sonra ictimai nəqliyyatdan istifadə edən bəzi vətəndaşlar metro qatarları və plarformadakı müşahidə kamrelarına zərər yetiriblər.
12 İyul 2017 12:39 Sosialİyulun 11-də "Qarabağ" futbol klubunun Gürcüstan komandası üzərində qələbəsindən sonra ictimai nəqliyyatdan istifadə edən bəzi vətəndaşlar metro qatarları və plarformadakı müşahidə kamrelarına zərər yetiriblər. "OLAYLAR"-ın xəbərinə görə. bu barədə məlumatı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev yayıb. Bildirib ki, xoşagəlməz hadisə Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edən 1566 saylı vaqonda yaşanıb. Belə ki, "Gənclik" stansiyasında metroya minən bəzi vətəndaşlar ictimai istifadədə olan, vergi hesabına formalaşan, büdcə vəsaiti hesabına alınan vaqona zərər yetirib, əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasını zədələyiblər.