İranın media fəaliyyətinə məsul qurumlarının təmsilçiləri Gəncədə olublar

Azərbaycan Mətbuat Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının media fəaliyyətinə məsul qurumlarının nümayəndələrindən ibarət heyət Gəncə şəhərində olub. Qonaqlar öncə Nizami məqbərəsini ziyarət edərək, kompleksdə yaradılmış şəraitlə tanış olublar. Şəhərin görməli yerlərinə baş çəkən qonaqlara Azərbaycanın ikinci ən böyük şəhərindəki tarixi abidələr barədə geniş məlumat verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Həsən Məmmədov bildirib ki, son illər ölkədə aparılan geniş quruculuq və abadlıq işləri şəhərin simasını da tamamilə dəyişib. Bu günün Gəncəsi mühüm tədbirlərə evsahibliyini həyata keçirən, müasir görkəmli dinamik şəhərdir. Burada medianın işinə də ciddi önəm verilir, şəhərdə çoxlu sayda qəzet, jurnal, elektron informasiya resursu fəaliyyət göstərir.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu İran nümayəndə heyətinin ölkəmizə səfər missiyası haqqında məlumat verib. O bildirib ki, səfər Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat və informasiya departamenti arasında ötən ilin noyabrında imzalanmış memorandum çərçivəsində gerçəkləşməkdədir. Qonaqların Bakıdakı səfər proqramının zənginliyindən söz açan U.Rəhimoğlu onların Gəncə ilə bağlı təəssüratlarının zəngin olacağına da əminliyini vurğulayıb.

İranlı qonaqlar "İmamzadə" dini kompleksini də ziyarət edərək burada yaradılmış şəraitdən məmnunluqlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31