Miqrasiya Xidməti səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə, rayonun Gənclər Mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 48 şəxs istifadə edib.
14 İyul 2017 11:45 SosialDövlət Miqrasiya Xidməti Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, rayonun Gənclər Mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 48 şəxs istifadə edib. Belə ki, 5 nəfərin müvəqqəti yaşama icazəsi, 9 şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, 2 nəfərin vəsiqə dəyişmə ilə bağlı müraciətləri qəbul olunub. 15 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, 11 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilib. 6 şəxsə isə təqdim etdikləri sənədlərdə mövcud çatışmazlıqlar izah edilib, həmçinin DMX-nin funksiyalarına aid olan xidmətlərlə bağlı qanunvericiliklə tələb olunan sənədlərin siyahısı verilib. Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.