Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilmiş tədbir
Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin 2 nömrəli filialında Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
14 İyul 2017 15:00 SosialMədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin 2 nömrəli filialında Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Baş İdarədən "Olaylar" - a bildirilib ki, Şuşa Humanitar Kolleci və kitabxananın birgə təşkil etdiyi tədbirdə Şah İsmayıl Xətainin həyat və yaradıcılığından, habelə Azərbaycan tarixindəki misilsiz xidmətlərindən danışılıb.
Kollecin müəllimi Yeganə Əliyeva təhsil ocağının tələbələrinə görkəmli şair haqqında ətraflı məlumat verərək, poetik irsindən nümunələr səsləndirib.
Vurğulanıb ki, Şah İsmayıl Xətai hakimiyyəti dövründə kitabxana təşkili işinə xüsusi diqqət yetirməklə yanaşı, saxlanılan kitablara öz adının yazıldığı möhür vurulması məsələsinə xüsusi diqqət ayırıb. Onun şəxsi təşəbbüsü sayəsində kitabxana sistemi dövlət əhəmiyyətli məsələ sayılaraq, kitabxanalar haqqında ilk dövlət fərmanı imzalanıb.