Sosial
Bürclərə görə xəstəliklər hansılardır?
Astrologiya sadəcə olaraq insanların əsas xarakterik özəlliklərini əks etdirmir, bürclər, planetlər və evlərin bəlli orqanları da təmsil etdiyini iddia edən astroloqlar astrologiya ilə sağlamlıq arasında əlaqə olduğunu hesab edirlər.
Gül qoxusu neqativ düşüncələrdən qoruyur...
Xarici görünüşü ilə ev və bağça dekorasiyalarının baş tacı olan gülün insan psixologiyasına da müsbət təsir edir. Gül görkəmi və qoxusuyla insana rahatlıq gətirir. Gözəl qoxunun mənfi düşüncələrin qarşısını aldığınlı deyən mütəxəssislər, işə başlamazdan əvvəl beyindəki negativ düşüncələri silmək üçün günü bir gül qoxlamağı məsləhət gürürlər. Gözəl qoxu beyin və organizmdə mənfi emosiyalara qarşı sədd yaradır.
Əlində qılınc və dini bayraq Təzəpir məscidinə girərək namazı pozmaq istəyən şəxslər saxlanılıb
Bakıda məscidə hücum edən şəxslər saxlanılıb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, Təzəpir məscidində bu gün günorta namazı qılınan zaman iki nəfər məscidə girib.
Azərbaycanda taksi şirkətinə ERMƏNİ RƏHBƏRLİK EDİR?
Azərbaycandakı taksi şirkətinin başına erməni rəhbərin keçməsi barədə xəbərlərə Bakı Nəqliyyat Agentliyi aydınlıq gətirib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Ermənistan vətəndaşı və ya erməni əsilli vətəndaşı olan şirkətlə əməkdaşlıq etməyəcəklər: “Ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə fərq etməz birbaşa və yaxud dolayı yolla əlaqəsi varsa o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq.
Yol polisi sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi sərnişin və yük daşınması fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. İdarədən verilən məlumata görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında təhlükəsizliyin təmin olunması məqsədilə iyulun 17-dən Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birgə respublika ərazisində tədbir keçirəcək.
"Hər yer qan idi, beyni parçalanmışdı..." - Liftin şaxtaya düşdüyü binadan- VİDEO
Bakının bəzi binalarında liftlərin nasazlığı səbəbindən bədbəxt hadisələr tez-tez baş verir. Elə ötən gün növbəti dəfə liftin şaxtaya düşməsi nəticəsində bir nəfər ağır xəsarət alıb. Hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsi 58A ünvanında tikintisi başa çatmamış çoxmərtəbəli binada qeydə alınıb. Belə ki, liftin şaxtaya düşməsi nəticəsində 1970-ci il təvəllüdlü Ramiz Mərdiyev ağır xəsarət alıb. O, hazırda 3 saylı şəhər Klinik xəstəxanasının reanimasiya bölməsindədir.
83 nəfər həlak olub
Hindistanın şimal-şərqində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb. Daşqın nəticəsində 2 milyondan çox adamın isə evsiz qalması bildirilir.
"Aşıq Əli" qohumunun qətlinə şahid olub - MƏHKƏMƏDƏ QALMAQAL
Toyda spirtli içki qəbul edərək keçmişdə ədavətli olduğu Aşıq Əlinin qohumunu qətlə yetirməkdə təqsirləndirilən Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Mirzəxan Balayev bildirib ki, toyda Vüsal Nemətovla eyni stolda oturub: "Oturmuşduq, yeyib-içirdik. Toyda rəhmətlik Fəxri bir dəfə stolumuza yaxınlaşıb bizimlə salamlaşmışdı. Bir müddət keçdi, gördüm Vüsal yoxdur. Dedim yəqin çölə çıxıb.
Cocuq Mərcanlıda əlavə 100 evin tikintisinə başlanıldı
"Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əlavə 100 evin tikintisinə başlanılıb". Bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. Qurum rəsmisi bildirib ki, ərazidə köhnə evlərin qalıqları təmizlənib: "Evlərin bünövrəsi qazılıb və tikinti işlərinə başlanılıb".
Ombudsmanın nümayəndələri Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşüb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Banklara qoyulan depozitlər 7 faiz azalıb
Bu ilin beş ayı ərzində hüquqi və fiziki şəxslər tərəfindən banklara yatırılan depozitlərin həcmi 21.5 milyard manat olub. “Olaylar” xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib. Hesabata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə depozitlər 6.7 faiz azalıb. Bu ilin yanvar-may aylarında fiziki və hüquqi şəxslər tərəfindən manatla banklara qoyulan öhdəliklərin həcmi 5.3 milyard, dollarla isə 16.2 milyoard olub.
Zakir Qaralov yeni prokuror təyin etdi
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinat olub. Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Ramin Hüseynov Qobustan rayon prokuroru təyin edilib.
Paytaxtda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürüldü
Paytaxtda ağacların kəsilmə təhlükəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş şikayət araşdırılıb. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilir ki, ETSN-in "Qaynar xətt"inə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı binaların sakinləri tərəfindən sözügedən yaşayış binalarının ətrafındakı ağacların kəsilmə təhlükəsi ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.
İçərişəhərin ingilis və rus dillərində turist xəritəsi hazırlanıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə İçərişəhərin ingilis və rus dillərində turist xəritəsi hazırlanıb. Baş İdarədən “Olaylar” – a bildirilib ki, nazirlikdən bildirilib ki, xəritə İçərişəhərdə yerləşən muzeylər, məscid və məqbərələr, karvansaralar, qalalar, hamamlar, tarixi-memarlıq binaları, qalereyalar, suvenir dükanları, restoran və kafelərin yeri barədə ətraflı məlumatı əhatə etməklə görməli yerlərə ən qısa marşrutu tapmaqda turistlərə yardımçı olacaq. Xəritədə İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələri haqqında da qısa məqalələr yer alıb.
Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin ildönümü qeyd edilib
Binəqədi Rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” adlı tədbir keçirilib.














