İlqar Mikayıloğlunu ilan sancdı - Bakıya gətirilir - YENİLƏNİB

Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb. Bu barədə açıqlamasında İ.Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında Beyləqan rayonu ərazisində baş verib: "İlqar yeni veriliş hazırlayır. Həmin verilişin çəkilişi zamanı onu ayağından qəfil ilan sancdı. Beyləqandakı hospitalda İlqara ilkin tibbi yardım göstərildi.

Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb. Bu barədə açıqlamasında İ.Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında Beyləqan rayonu ərazisində baş verib: "İlqar yeni veriliş hazırlayır. Həmin verilişin çəkilişi zamanı onu ayağından qəfil ilan sancdı. Beyləqandakı hospitalda İlqara ilkin tibbi yardım göstərildi. Amma həkimlər təhlükəli ola biləcəyindən ehtiyat edirlər. Hazırda "Medi Style" hospitalının təcili yardım avtomobili ilə İlqarı Bakıya gətiririk. Hələlik səhhəti stabildir".

***

Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb.  Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı aparıcını ilan sancıb və o, dərhal hospitala aparılıb.  Teleaparıcının hazırda xəstəxanaya çatdırılmadığı, onun hələ də yolda olduğu bildirilir.  Eyni zamanda, hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildiriblər. Big.az

***

Teleaparıcının xanımı Zülfiyyə Bayramova ilə əlaqə saxlayıb. O, yayılan xəbəri təsdiqləyərək hadisənin bir neçə dəqiqə əvvəl baş verdiyini bildirib: "Hadisə bir neçə dəqiqə əvvəl baş verib. İndi Haramı düzündəyik. Çəkiliş zamanı İlqarı ilan sancdı. Necə olduğunu bilmədik. İndi ilkin tibbi müdaxilə olub. Hazırda səhhəti bir qədər ağırdır".  Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31