2 yaşlı Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi keçiriləcək

Gənclər Təşkilatları Milli Şurasının Azərbaycanda əlaqələndiricisi olduğu “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində “22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü” ərəfəsində Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində həlak olan və nifrət qurbanı olan 2 yaşlı Quliyeva Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi elan olunub.

Gənclər Təşkilatları Milli Şurasının Azərbaycanda əlaqələndiricisi olduğu "Nifrət Nitqinə Yox Hərəkatı" Kampaniyası çərçivəsində "22 İyul - Avropa Nifrət Cinayətləri və Qurbanları Günü" ərəfəsində Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində həlak olan və nifrət qurbanı olan 2 yaşlı Quliyeva Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi elan olunub. Təşkilatdan "OLAYLAR"-a bildirilib ki, müsabiqə "Uşaqlar - nifrət cinayəti qurbanları kimi" mövzusunda təşkil olunur. Müsabiqənin məqsədi dünyada hər gün balaca Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşaqların üzləşdiyi çətinlikləri dünyaya çatdımaqdır. Müsabiqə nəticəsində təqdim olunan posterlərdən ən uğurlu olanları seçilərək, müəllif  hüquqları qorunmaqla, elektron albom hazırlananacaq və Avropa Şurasının üzv ölkələrinə, Avropa Şurası Parlament Assambleyasının deputatlarına, İnsan Hüquqları, Uşaq Hüquqları üzrə çalışan təşkilatlar, beynəlxalq gənclər təşkilatlarına göndəriləcək və mediada yayımlanacaqdır. "22 İyul - Avropa Nifrət Cinayətləri və Qurbanları Günü"-nə həsr olunmuş müsabiqə "Uşaqlar-Nifrət cinayəti qurbanları kimi" mövzusunda təşkil olunur və dünyada hər gün Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşaqların üzləşdiyi çətinlikləri posterlərdə əks etdirir. Müsabiqə nəticəsində təqdim olunan posterlərdən müəllifin adı qeyd olunmaqla elektron albom hazırlanıb, Avropa Şurasına, İnsan Hüquqları, Uşaq Hüquqları üzrə çalışan təşkilatlar, gənclər təşkilatları və beynəlxalq qurumlara göndəriləcək, mətbuatda və sosial şəbəkələrdə yayımlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31