Məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq güclənir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Carı il üçün layihə 10 rayonu əhatə edəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi" regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Carı il üçün layihə 10 rayonu əhatə edəcək. Komitədən "Olaylar"a verilən məlumata görə, layihə çərçivəsində hər rayondan 30 nəfər qadın və kişi seçilərək hüquqi maarifləndirmə seminarlarına cəlb edilir. 6-7 iyul 2017-ci ildə layihə üzrə növbəti seminar Oğuz rayonunda təşkil edildi. Siyəzən rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə seminarda rayon və kənd məktəblərinin müəllimləri və psixoloqları, polis əməkdaşları, mədəniyyət işçiləri, rayon ərazi nümayəndələri və kənd ziyalıları iştirak edirdilər. Seminarı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşı Gülər Səfərova açaraq layihə çərçivəsində növbəti seminarın Oğuz rayonunda keçirildiyini bildirdi və layihənin əhəmiyyətindən bəhs etdi. Seminarın birinci günü məişət zorakılığı haqqında, ikinci gün isə ailə münasibətlərində qadınların və kişilərin hüquqları üzrə mövzular müzakirə edildi. Seminarlarda Komitənin və GİZ-in birgə nəşri olan "Qadın hüquqları üzrə bələdçi" kitabı, Dövlət Komitəsinin nəşri olan "Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu" və Komitənin Ailə, Qadın jurnalı metodiki vəsait kimi iştirakçılara paylanıldı. İştirakçılara cəmiyyətdə bərabərhüquqlu sistemin formalaşması, zorakılığın qarşısının alınması istiqamətində 22 iyun  2010-cu ildə qəbul olunmuş "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun haqqında, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orederi və s. haqqında ətraflı məlumatlar verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31