Sosial

“Günəşli” yatağında hasilatın artırılması üçün yeni yanaşma üsulları müzakirə olunub

19 İyul 2017 16:40

SOCAR-ın Baş ofisində “Günəşli” yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company;” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsinin müzakirəsi ilə bağlı iclas keçirilib.

Qadağan olunmuş dini ədəbiyyat satan 10 nəfər cəzalandırıldı

19 İyul 2017 16:27

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə respublikanın ayrı-ayrı bölgələrində “Dini etiqad azadlığı haqqında” qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirir.

İki uşaq anası fəhləyə qoşulub qaçdı - UCARDA BİABIRÇILIQ

19 İyul 2017 16:19

Azərbaycanda daha bir ailəli qadın başqa kişiyə qoşularaq evdən qaçıb. Hadisə Ucar rayonunun Qaradağlı kəndində baş verib. Məlumata görə, yaxınlıqdakı tikintidə çalışan fəhlələrdən biriylə tanış olan qadın üç gün öncə iki azyaşlı uşağını da evdə qoyaraq qaçıb.

Akif Əlizadə “Elm” uşaq istirahət düşərgəsini ziyarət edib

19 İyul 2017 16:09

İyul 19-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın “Elm” uşaq istirahət düşərgəsini ziyarət edib. Akademiyadan “Olaylar” – a bildirilib ki, Akademik Akif Əlizadə düşərgənin ərazisində yaradılan infrastrukturla yaxından tanış olub, müəyyən tapşırıqlar verib. Daha sonra düşərgədə istirahət edən uşaqlar tərəfindən hazırlanmış musiqi proqramı təqdim edilib.

Erməni həkimin Azərbaycandakı doğum evində 45 il sürən gizli terroru

19 İyul 2017 15:49

Canımıza, qanımıza susamış ermənilər zaman-zaman əllərinə düşən fürsətdən öz məqsədləri üçün istifadə ediblər. Uf demədən körpə azərbaycanlı uşaqların qətlə yetirilməsindən zövq alan ermənilər hətta bununla fəxr etməkdən belə çəkinməyiblər. Körpə qatili olmaq hər bir erməninin qanında olduğundan Ermənistan dövləti də insanlığa qarşı olan bu cinayətin təşkilatçısı və icraçısına çevrilib.

Baş beyin xəstəliklərinin artma səbəbi açıqlandı

19 İyul 2017 15:44

Səhiyyə Nazirliyinin Respublika Neyrocərrahiyyə Xəstəxanasına il ərzində 10 mindən çox xəstə müraciət edir. Ötən il 2111 xəstə cərrahi əməliyyat edilib. Bu ilin birinci yarısında isə 1100 xəstə əməliyyat olunub. Bunu xəstəxananın baş həkimi Kabus Dadaşov bu gün keçirilən mətbuat konfransında bildirib.

Yol polisindən sürücülərə və avtomobil sahiblərinə MÜRACİƏT

19 İyul 2017 15:26

DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Respublika ərazisində havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib. BDYPİ-dən  verilən məlumata görə, müraciətdə bildirilir ki, respublikanın avtomobil yollarında yay mövsümündə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən qeydə alınmış qəzaların bir çoxu məhz günorta saatlarına təsadüf edir.

Metro qatarlarında yenilik

19 İyul 2017 15:11

Bakı metropoliteninin vaqon parkında qatarların modernləşdirilməsi istiqamətində əhəmiyyətli yeniliklər sırasına daha biri əlavə olunub. İstismarda olan qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitə bundan sonra keyfiyyəti ilə seçilərək daha da yaxşılaşdırılacaq.

Əli Əhmədov BMT-nin İnkişaf Poqramının rəhbəri ilə görüşüb

19 İyul 2017 15:10

Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin mənzil-qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə dair ilk könüllü milli icmalının təqdim edilməsi məqsədilə Nyu-Yorkda səfərdədir. “OLAYLAR”-ın xəbərinə görə, səfər çərçivəsində Baş nazirin müavini Əli Əhmədov BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Steyner ilə görüşüb.

MEK Azərbaycan diasporasına ədəbiyyat göndərdi

19 İyul 2017 15:09

AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən Rusiyanın Arxangelsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporasına maarifləndirici ədəbiyyat göndərilib. MEK- dən “Olaylar” – a bildirilib ki, “Arxangelsk vilayətində Azərbaycan diasporu” təşkilatının İdarə Heyətinin sədri Tərlan Qasımovun AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə ünvanladığı məktuba əsasən xüsusi seçilmiş ədəbiyyatın əksəriyyəti rus dilindədir. Əsasən Azərbaycanın zəngin və qədim mədəniyyətini, incəsənətini, tarixini, müasir siyasi vəziyyətini əks etdirən ədəbiyyat siyahısında klassik ədəbiyyatımızın görkəmli nümayəndələrindən Nizami Gəncəvinin əsərləri, S.Aşurbəylinin “Bakı şəhərinin tarixi”, “Novruz bayramı ensiklopediyası”, “Azərbaycan folkloru”, “Azərbaycan musiqi elmi”, B.Kərimovun “Azərbaycanın qədim yaşayış məskənləri”, 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti ensiklpodediyası”, A.Paşayevin “Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, deportasiyası və ərazi iddiaları”, N.Əliyevin “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”, “Erməni terrorçu və quldur dəstələrinin insanlıq əleyhinə cinayətləri (XIX-XXI əsrlər)” və təbliğat əhəmiyyətli digər kitablar vardır.

Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır

19 İyul 2017 14:59

Sirr deyil ki, Azərbaycan mətbuatı uzun və şərəfli yol keçərək hazırki səviyyəyə yüksələ bilib. Ötən müddtət ərzində medianın uğurları itirdiklərini dəfələrlə üstələyib. Maraqlıdır, hazırda Azərbaycan mətbuatı müasir standartların tələblərini ödəyə bilirmi?  Müsahibimiz “Həftə içi” qəzetinin redaktoru Azad Əliyevdir.

Deputat: “Substansiv danışıqlar üçün əsas olmasa, danışıqlar aparmağa dəyməz”

19 İyul 2017 14:53

Hesab edirəm ki, hansısa konkret məsələ hazır olduqdan sonra Azərbaycan Ermənistan tərəfi ilə görüşməlidir. Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair keçiriləcək görüşündən danışarkən bildirib.

Mətbuat Şurası və “Veysəloğlu” şirkəti jurnalistləri mükafatlandırdı

19 İyul 2017 14:42

Azərbaycan Mətbuat Şurası ilə “Veysəloğlu” Şirkətlər Qrupunun mətbuat nümayəndələri arasında elan etdiyio yazı müsabiqəsinə yekun vurulub.  Dünən bu məqsədlə qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov əvvəlcə qələm əhlini 22 iyul-Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Qadın sürücü maşını aşırdı - ölən var

19 İyul 2017 14:34

Goranboyda qadın sürücü qəza törədib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin ərazisində Naftalan şəhər sakini Ceyhunə Hüseynova idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Qəzada avtomobildə olan 2 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Sahibə Hacıyeva xəstəxanada ölüb.Goranboy RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Azərbaycanda iyrənc cinayət: Kişini lüt soyundurub alçaltdılar, sonra isə… – VİDEO 18+

19 İyul 2017 14:15

Sosial şəbəkələrdə Azərbaycanda törədilən dəhşətli cinayətin görüntüləri paylaşılıb. Bir kişini naməlum şəxslər lüt soyunduraraq təhqir edi, vəhşicəsinə döyüb və bunu videoya çəkib.