Akif Əlizadə “Elm” uşaq istirahət düşərgəsini ziyarət edib
İyul 19-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın “Elm” uşaq istirahət düşərgəsini ziyarət edib. Akademiyadan “Olaylar” – a bildirilib ki, Akademik Akif Əlizadə düşərgənin ərazisində yaradılan infrastrukturla yaxından tanış olub, müəyyən tapşırıqlar verib. Daha sonra düşərgədə istirahət edən uşaqlar tərəfindən hazırlanmış musiqi proqramı təqdim edilib.
19 İyul 2017 16:09 Sosialİyul 19-da Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın "Elm" uşaq istirahət düşərgəsini ziyarət edib. Akademiyadan "Olaylar" - a bildirilib ki, Akademik Akif Əlizadə düşərgənin ərazisində yaradılan infrastrukturla yaxından tanış olub, müəyyən tapşırıqlar verib. Daha sonra düşərgədə istirahət edən uşaqlar tərəfindən hazırlanmış musiqi proqramı təqdim edilib.
Səfər zamanı Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev, Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov və Azad Həmkarlar İttifaqının sədr müavini, hüquq elmləri doktoru Habil Qurbanov da iştirak ediblər.