Metro qatarlarında yenilik
Bakı metropoliteninin vaqon parkında qatarların modernləşdirilməsi istiqamətində əhəmiyyətli yeniliklər sırasına daha biri əlavə olunub. İstismarda olan qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitə bundan sonra keyfiyyəti ilə seçilərək daha da yaxşılaşdırılacaq.
19 İyul 2017 15:11 SosialBakı metropoliteninin vaqon parkında qatarların modernləşdirilməsi istiqamətində əhəmiyyətli yeniliklər sırasına daha biri əlavə olunub. İstismarda olan qatarların xətdə hərəkəti zamanı maşinistlə dispetçerin əlaqəsini təmin edən radiorabitə bundan sonra keyfiyyəti ilə seçilərək daha da yaxşılaşdırılacaq. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, bu məqsədlə artıq qatarlarda mövcud radiostansiya qurğularının yeniləri ilə əvəzlənməsinə başlanılıb. Yeni avadanlıq yığcamlığı, sadəliyi və qulluğunun asanlığı ilə seçilir. Onların quraşdırılması, sazlanması da çox vaxt tələb etmir. O, çoxkanallı olduğu üçün əlaqəni daha çeşidli və geniş şəkildə təmin etməyə imkan verir. Artıq yeni radiostansiya vasitəsilə maşinistlər dispetçerlə yanaşı, digər kanallardan birindən istifadə etməklə xətti məntəqədə təlimatçı-maşinistlə də müstəqil və daha rahat ünsiyyət qura bilirlər.