Sosial
QHT-lər üçün internet televizya yaradılır -VİDEO
Azərbaycanda ilk dəfə QHT-lər üçün ixtisaslaşmış internet televiziya yaradılır. Bu barədə ““QHT TV” - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi” layihəsinin rəhbəri, “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyinin sədr müavini Cəsarət Hüseynzadə məlumat verib.
Toyu ləğv edək... Ayxan Ayvaz yazır
Toy bizim öz-özümüzü çətinə saldığımız milli adət-ənənəmizdir. Niyə durduq yerdə özümüzü çətinə salırıq, anlamış deyiləm. Bu gün toylar adamları hörümçək toruna salıb, hamı ayağına, əlinə dolaşmış ipdən xilas olmağa çalışır. Amma və lakin! Xilas ola da bilmir. Qıraqdan baxan nə deyər? Qohum-əqrəba nə deyər? Dostum bu yaxınlarda toy eləmişdi. Gedib iştirak elədik, yedik-içdik, əyləndik. Üstündən bir həftə keçib, rastlaşmışıq, artıq başını bulayır: “Kreditim var”.
Sumqayıtdakı “Şərq bazarı”nın keçmiş bazarkomu Rəşid Babayev arxalı adammış - Söküntü dayandı
Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri - “Şərq Bazarı” problemi həll olunmağa başlayıb. Məsələ ilə bağlı Sumqayıt İcra hakimiyyətindən bildirilib ki, “Şərq Bazarı” ərazisi qısa müddətdə abadlaşdırılaraq ərazidə müasir ticarət mərkəzi tikiləcək. Məlumatda o da bildirilib ki, yeni ticarət mərkəzi tikilənə kimi burada fəaliyyət göstərən satıcılar müvafiq yerlərlə təmin olunacaq.“Şərq Bazarı” ərazisində çalışan və mülkiyyət sənədləri mövcud olan 66 sahibkarın hər birinin 9 kvadrat metr yerləri mövcuddur ki, onların da hər biri yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 16 kvadrat metr yerlə təmin olunacaqlar.
Azərbaycan dünyaya tolerantlıq və iqtisadi inkişaf baxımından yeni model bəxş edib
Azərbaycanın yerləşdiyi coğrafiyada tutduğu mövqe, oynadığı rol beynəlxalq aləm, dünya dövlətləri tərəfindən ona olan marağı artırır. Bu gün əksəriyyət dünya ölkələri, dövlətləri Azərbaycanla münasibətləri inkişaf etdirməyə, müxtəlif sshələrdə əməkdaşlıq etməyə cəhd göstərir ki, bu da ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət kursundan irəli gəlir. Son vaxtlar istər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müxtəlif ölkələrə səfərləri, istərsə də ayrı-ayrı dövlət vəı hökumət başçılarının Bakıya səfərləri də deyilənləri təsdiqləyir.
Həyatımızı dəyişən qərarlar: sonrakı peşmançılıq fayda verməz
Anidən və ya qısa zaman ərzində verilən qərarlar nadir hallarda uğurlu olur. Hər bir insan həyatda üzləşdiyi müxtəlif hadisələr zamanı qərar qəbul etməli olur. Bəzi qərarlarımız bütün həyatımızı idarə edir, yanlış verdiyimiz qərar bizi yanlış istiqamətə də yönəldir. Bu səbəbdən də psixoloqlar "sonrakı peşmançılıq fayda verməz" prinsipi ilə hərəkət etmək və düşünülmüş qərarlar verməyi məsləhət görürlər.
Narkomaniyaya qarşı aparılan səmərəli mübarizə
Bəşəriyyətin əsas problemlərindən birinə çevrilən narkomaniyaya qarşı intensiv mübarizənin aparılmasına baxmayaraq, hələ də bu sahədə problem qalmaqdadır. Mənfi hal isə ondan ibarətdir ki, aparılan mübarizə tədbirlərinə rəğmən, sözügedən problemi minimuma endirmək mümkün olmur. Əksinə getdikcə narkomaniya daha da gəncləşir, öz əhatə dairəsini, arealını genişləndirir. Açıq demək olar ki, bu gün dünya ölkələri narkomaniya problemi qarşısında acizdirlər.
Bakıda qaçırılan avtomobil Şamaxıda saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 19-da saat 1.00 radələrində naməlum şəxs Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində oturub Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qobustan qəsəbəsi ərazisində həmin şəxs sürücünü aldadaraq düşürüb və avtomobili qaçırıb.
DİM: Ümumi balı 150-dən az olmayan abituriyentlər ali məktəbə qəbul oluna bilərlər
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qızmar hava davam edəcək
İyulun 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Sumqayıtda zəhərlənən FHN əməkdaşlarından yeni xəbər
Ötən gün Sumqayıt şəhərində 76-cı məhəllədə kanalizasiya quyusuna düşən şəxsi xilas edərkən zəhərlənən Fövqəladə Hallar Nazirliyinin (FHN) dörd işçisinin vəziyyəti dəyişməz olaraq qalır. Bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. Şöbə müdiri bildirib ki, FHN işçilərindən ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta-ağır olaraq qalır.
DİM-dən saxta profil açıqlaması
Dövlət İmtahan Mərkəzi sosial şəbəkədə bu qurumun adı ilə fəaliyyət göstərən səhifə və profillərlə bağlı açıqlama verib. DİM-dən verilən məlumatda bildirilir ki, aparılan araşdırmalar və DİM-ə ünvanlanmış çoxsaylı müraciətlər “İnstagram” şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və profillərin fəaliyyət göstərdiyini göstərir:“Həmin səhifə və profillərdə imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır. Nəzərinizə çatdırırıq ki, DİM-in “İnstagram” sosial şəbəkəsində heç bir səhifə və ya profili fəaliyyət göstərmir. Buna görə də xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta səhifə və profillərlərdən istifadə etməyəsiniz”.
"Gənc Vətəndaş" Lənkəranda: "Ailə üçün dəyər!"
"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə üçün Dəyər!" adlı layihə çərçivəsində növbəti təlim Lənkəran şəhərində olub. Birlikdən “Olaylar”a verilən məlumata görə, "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova iştirakçılara layihə haqqında məlumat verib.
Bu çimərliklərdə gürzələr var
Qızmar yay aylarının başlaması ilə birlikdə ilan və həşərat sancmalarının sayı da artır.
Əmək Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin birinci yarımilinə dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
Azərbaycanda iki yüksək vəzifəli məmur quda oldu
Azərbaycanda daha iki yüksək vəzifəli məmur bir-biri ilə quda olub. Bir neçə gün öncə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi ilə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin qızı ailə həyatı qurub.













