"Gənc Vətəndaş" Lənkəranda: "Ailə üçün dəyər!"

"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə üçün Dəyər!" adlı layihə çərçivəsində növbəti təlim Lənkəran şəhərində olub. Birlikdən “Olaylar”a verilən məlumata görə, "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova iştirakçılara layihə haqqında məlumat verib.

"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə üçün Dəyər!" adlı layihə çərçivəsində növbəti təlim Lənkəran şəhərində olub. Birlikdən "Olaylar"a verilən məlumata görə, "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova iştirakçılara layihə haqqında məlumat verib. O, layihənin Ailə dəyərlərinə həsr edilməsinin səbəbi, valideyn məsuliyyətinin önəmini vurğulayıb, qadınların mülkiyyət hüquqları haqqında biliklərinin artırılmasına olan ehtiyacı qeyd edib. Günel Səfərova həmçinin ailə münasibətlərinin qanuni tənzimlənməsi, Azərbaycanda ailə hüququ, məişət zorakılığı ilə bağlı dövlətin atdığı addımlardan danışıb. Təlimçi NuriyyəAbbasova gənclərə Ailə hüququ, Mülkiyyət hüququ, Valideyn məsuliyyəti, Ailədaxili zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumatları əks etdirən ailə münasibətlərinin hüquqi tənzimlənməsi haqqında praktik məlumat verib. Eyni zamanda təlimdə N.Abbasova nikahın rəsmi qeydiyyata alınmasının uşaqların təhsil, səhiyyə və müdafiə mexanizmlərinin formalaşmasına səbəb olacağını qeyd edib. 2016-cı ilin statistikasına əsasən, 2016-cı ildə 18 yaşadək analar tərəfindən 2809 uşaq doğulması (onun 934-ü şəhər, 1875-i kənd yelərindədoğulub) faktının ailə münasibətlərinin tənzimləyən mexanizmlərin gücləndirilməsi ilə aradan qaldırılması haqqında müzakirələr aparılıb. Layihə nəticəsində yaranan Ailə Hüquq Akademiyasının fəaliyyəti haqqında iştirakcılara ətraflı məlumat verilib və regionlardan olan insanların müraciət forması izah edilib. İştirakcılar erkən nigahların fəsadlarını aradan qaldıracaq, nigah müqaviləsinin önəmi və valideyn məsuliyyətinin artırılmasından bəhs edən layihələrə ehtiyac olduğunu bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31