Azərbaycan dünyaya tolerantlıq və iqtisadi inkişaf baxımından yeni model bəxş edib
Azərbaycanın yerləşdiyi coğrafiyada tutduğu mövqe, oynadığı rol beynəlxalq aləm, dünya dövlətləri tərəfindən ona olan marağı artırır. Bu gün əksəriyyət dünya ölkələri, dövlətləri Azərbaycanla münasibətləri inkişaf etdirməyə, müxtəlif sshələrdə əməkdaşlıq etməyə cəhd göstərir ki, bu da ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət kursundan irəli gəlir. Son vaxtlar istər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müxtəlif ölkələrə səfərləri, istərsə də ayrı-ayrı dövlət vəı hökumət başçılarının Bakıya səfərləri də deyilənləri təsdiqləyir.
19 İyul 2017 13:44 SosialPrezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır, sözünə, vədinə etibar olunur
Azərbaycanın yerləşdiyi coğrafiyada tutduğu mövqe, oynadığı rol beynəlxalq aləm, dünya dövlətləri tərəfindən ona olan marağı artırır. Bu gün əksəriyyət dünya ölkələri, dövlətləri Azərbaycanla münasibətləri inkişaf etdirməyə, müxtəlif sshələrdə əməkdaşlıq etməyə cəhd göstərir ki, bu da ölkəmizin həyata keçirdiyi uğurlu xarici siyasət kursundan irəli gəlir. Son vaxtlar istər Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müxtəlif ölkələrə səfərləri, istərsə də ayrı-ayrı dövlət vəı hökumət başçılarının Bakıya səfərləri də deyilənləri təsdiqləyir. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviyaya səfəri, keçirilən görüşlər, Latviyanın dövlət başçısının Bakını Riqanın etibarlı tərəfdaşı hesab etməsi də xarici siyasət sahəsində əldə edilən uğurlardandır. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq əlaqələri getdikcə daha da inkişaf edir və yeni-yeni uğurlar əldə olunur. Təsadüfi deyil ki, elə Prezident İlham Əliyev də Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Azərbaycanın beynəlxalq əlaqələrinə də toxunaraq bu ilin altı ayında beynəlxalq əlaqələrimizin daha da fəallaşdığını diqqətə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır: "Dostlarımızın sayı artır və beynəlxalq təşkilatlarda da bizim fəaliyyətimiz çox müsbətdir. Mən ilin altı ayında 10 xarici səfər etmişəm - beş Avropa ölkəsinə, beş müsəlman ölkəsinə. Davos və Münxendə keçirilən dünyanın aparıcı iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında Azərbaycan ləyaqətlə təmsil olunmuşdur. Eyni zamanda, mənim Avropa Komissiyasına çox uğurlu səfərim olubdur, Fransaya və Polşaya rəsmi səfərlər etmişəm. Müsəlman ölkələrinə gəldikdə isə, İrana, Qətərə, Pakistana, Səudiyyə Ərəbistanına, Türkiyəyə səfərlər etmişəm. Azərbaycan səfər etdiyim bütün bu ölkələrlə əlaqələrini daha da genişləndirir, möhkəmləndirir. Bu səfərlərimin coğrafiyası əslində bizim xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir. Bununla bərabər, bu ilin birinci yarısında doqquz xarici dövlət və hökumət başçısı Azərbaycana səfər edibdir. Bu da çox gözəl göstəricidir".
Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova da ölkəmizin beynəlxalq əlaqələrinin getdikcə inkişaf etdiyi qənaətindədir və bunun müsbət tendensiya olduğunu söyləyib. Millət vəkili bildirib ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən - ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur: "Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyevin də bildirdiyi kimi, bu ilin altı ayında bizim
beynəlxalq əlaqələrimiz daha da fəallaşıb. Bu dövrdə Azərbaycanın beynəlxalq əlaqələri güclənib, ölkənimizin beynəlxalq nüfuzu daha da artıb, ölkəmizin bir çox məsələlərdə ortaya qoyduğu mövqeyi və təşəbbüslərini dəstəkləyən tərəfdaşlarının sayı artıb. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir". Millət vəkili deyib ki, Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır, sözünə, vədinə etibar olunur. Dövlətimizin başçısının da sözügedən iclasda qeyd etdiyi kimi, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır. Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir". Ölkəmizin mühüm beynəlxalq tədbirlərə uğurlara evsahibliyi etdiyini, artıq bu sahədə geniş təcrübəyə malik olduğunu deyən Sahibə Qafarova vurğulayıb ki, cari ilin 6 ayı da bu mənada xüsusilə xarakterikdir: "Xatırlatmaq istərdim ki, bu il ölkəmizdə V Qlobal Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, 24-cü Xəzər neft-qaz sərgi və konfransı və digər tədbirlər reallaşıb. Həmçinin, IV İslam Həmrəyliyi Oyunlarına da məhz Azərbaycan evsahibliyi edib. Ilk Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunlarının da ölkəmizdə keçirilməsi Azərbaycanın müasir inkişafını təsdiqləməklə yanaşı, ölkəmizdə multikulturalizmi, fərqli dinlərə, sivilizasiyalara yüksək münasibəti, dünyada sülh və barışın, mədəniyyətlər arasında həmrəyliyin təmin olunmasına verdiyi töfhələri də sübut edir. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır və eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə də öz töhfəsini verir. Bu cür yüksək səviyyəli tədbirlərin paytaxtımızda keçirilməsi o cümlədən Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin hörmətini, rəğbətini göstərir". Millət vəkilinin qənaətincə, Azərbaycanın xarici siyasət sahəsində atdığı addımlar ölkəmizin prioritetlərinin reallaşdırılması, qarşıda duran hədəflərə nail olunması baxımından effektiv və uğurludur: "Hazırda Azərbaycan əsas məqsədə, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütpvlüyü çarçivəsində həllinə nail olmaq üçün ardıcıl siyasətini davam etdirir: "2017-ci ilin birinci yarısında da bununla bağlı işlər görülüb, Ermənistanın işğalçı siyasətinin ifşa olunması, ölkəmizin beynəlxalq hüquqa söykənən mövqeyinin dəstəklənməsi, daha böyük dəyər qazanması sözügedən dövün uğurları sırasında qeyd oluna bilər. son olaraq Alxanlı kəndində törədilmiş hərbi cinayətin dünyada böyük əks-səda doğurması, bütün beynəlxalq aləmin Ermənistan hakimiyyətinin terrorçu fəaliyyətini tənqid etməsi Ermənistana, onun terrorçuluğu dəstəkləyən hakimiyyətinə dünyada nifrətin daha da artdığını göstərdi".
Füzuli