Sumqayıtdakı “Şərq bazarı”nın keçmiş bazarkomu Rəşid Babayev arxalı adammış - Söküntü dayandı

Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri - “Şərq Bazarı” problemi həll olunmağa başlayıb. Məsələ ilə bağlı Sumqayıt İcra hakimiyyətindən bildirilib ki, “Şərq Bazarı” ərazisi qısa müddətdə abadlaşdırılaraq ərazidə müasir ticarət mərkəzi tikiləcək. Məlumatda o da bildirilib ki, yeni ticarət mərkəzi tikilənə kimi burada fəaliyyət göstərən satıcılar müvafiq yerlərlə təmin olunacaq.“Şərq Bazarı” ərazisində çalışan və mülkiyyət sənədləri mövcud olan 66 sahibkarın hər birinin 9 kvadrat metr yerləri mövcuddur ki, onların da hər biri yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 16 kvadrat metr yerlə təmin olunacaqlar.

Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri - "Şərq Bazarı" problemi həll olunmağa başlayıb. Məsələ ilə bağlı Sumqayıt İcra hakimiyyətindən bildirilib ki, "Şərq Bazarı" ərazisi qısa müddətdə abadlaşdırılaraq ərazidə müasir ticarət mərkəzi tikiləcək. Məlumatda o da bildirilib ki, yeni ticarət mərkəzi tikilənə kimi burada fəaliyyət göstərən satıcılar müvafiq yerlərlə təmin olunacaq."Şərq Bazarı" ərazisində çalışan və mülkiyyət sənədləri mövcud olan 66 sahibkarın hər birinin 9 kvadrat metr yerləri mövcuddur ki, onların da hər biri yeni ticarət mərkəzi tikildikdən sonra təmənnasız olaraq 16 kvadrat metr yerlə təmin olunacaqlar.

Artıq xeyli müddətdir sözügedən ərazidə söküntü işlərinə başlanılıb. Ancaq çox təəssüf ki, abadlıq işləri çərçivəsində görülən söküntü işlərinə mane olan qüvvələr var ki, onların başında keçmiş bazarkom Rəşid Babayev və onun havadarlarının durduğu bildirilir. Belə ki, ərazidəki bütün obyeklər, o cümlədən 66 sahibkarın dükanı tez bir zamanda sökülsə də, Rəşid Babayevə məxsus binalar hələ də tam sökülməyib. Xatırladaq ki, bazarkomla 66 sahibkar arasında baş verən "Şərq bazarı" ətrafındakı mübahisə uzun müddət davam etmişdi və bütün məhkəmələrdə sahibkarların qalib gəlməsinə baxmayaraq özünün sənədi qaydasında olmaya-olmaya Rəşid Babayev hər vəchlə hər bir sənədləri tam qaydasında olan 66 sahibkarın dükanlarını sökdürmək istəyirdi. Antisanitariya, abadlıq baxımdan da məhz ona məxsus obyektlər pis vəziyyətdə idi və buradan milyonlarla pul yığmasına rəğmən Rəşid Babayev nə ətraf yolları düzəltmirdi, nə də ümumiyyətlə ərazidə heç bir abadlıq işləri görmürdü.

Məlumata görə Rəşid Babeyev hal-hazırda da icra başçısına dirəniş göstərməkdə davam edir və belə düşünmək də olar ki, hətta havadarları -sabiq baş prokuror , Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənova (bazarın digər payçısı kimi sənəddə onun qohumunun adı gedir) və icra başçısının müavini Akif Quliyevə arxalanaraq müəyyən mənada  icra hakimiyyətinə qalib gəlib. Belə ki, keçmiş bazarkoma məxsus binanın biri demontaj olunub sökülsə də, "mehmanxana" kimi tanınan  üstündə "Azercell"in qəbuledici-ötürücü antenaları qurulan böyük bir  binanın söküntüsü dayanıb. Bir müddət əvvəl internet kanalların birinə  müsahibə verən Rəşid Babayev prezidentdən imdad istəyirdi ki, icra başçısı Zakir Fərəcovun  əməllərinə son qoyulsun. 66 sahibkar da Rəşid Babayevin açıqlamasını təkzib etmişdi və bir qrup ətrafındakı adamlarla   (katibəsi, baldızı, gecə gözətçisi, pulyığanı Ərəbxanla  və  başqaları ilə) Prezİdent Administrasiyasına  şikayətə gedib sahibkarların adından istifadə edən keçmiş bazarkoma kanal vasitəsilə etiraz etmişdi.  İndi çoxlarını düşündürən odur ki, doğrudanmı şəhərdə irimiqyaslı abadlıq işləri aparan Zakir Fərəcov yeni ticarət mərkəzinin tikintisini ləngidən Rəşid Babayevin mənasızlığına görə Ginnesin Rekordlar Kitabına düşə biləcək binasını sökdürə bilməyəcək?!

Belə çıxır ki,bütün şəhər rəhbərliyi birləşib Rəşid Babayevlə bacara bilmir və bununla artıq razılaşıblar. Düzdür, Rəşid Babayev  söküntünü dayandırmaq üçün məhkəməyə müraciət edib. Amma düşünəndə ki, Rəşid Babayev bir müddət əvvəl hətta binaların sökülməsinin xərcini müqavilə ilə öz üzərinə götürmüşdü, onda onun əməllərinin nə qədər məntiqsiz və mənasız olması üzə çıxır. 66 sahibkarın hər bir sənədi qaydasında ola-ola yerində tikiləcək ticarət mərkəzində onlara yer verilməsi şərtilə dükanlarının  söküntüsünə razı olub və bildiyimiz kimi bununla bağlı onlara zəmanət məktubu da verilib, amma  sənədləri qaydasında olmayan Rəşid Babayev "burda mən, Bağdadda kor xəlifə" prinsipini əsas götürərək özünü toxunulmaz hesab edir.  Belə çıxır ki, Rəşid Babayev həqiqətən də  arxası çox güclü olan (Eldar Həsənov, Akif Quliyev... Hələ yaxın qonşu ölkədə yaşayanları demirik...) bir adamdır ki, özünü təhlükəsiz hiss edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31