“Günəşli” yatağında hasilatın artırılması üçün yeni yanaşma üsulları müzakirə olunub

SOCAR-ın Baş ofisində “Günəşli” yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın “McKinsey&Company;” şirkəti tərəfindən hazırlanmış “Mayak” layihəsinin müzakirəsi ilə bağlı iclas keçirilib.

SOCAR-ın Baş ofisində "Günəşli" yatağında hasilatın artırılması məqsədilə ABŞ-ın "McKinsey&Company;" şirkəti tərəfindən hazırlanmış "Mayak" layihəsinin müzakirəsi ilə bağlı iclas keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda "McKinsey&Company;" şirkətinin hazırladığı "Mayak" layihəsi barədə ətraflı məlumat verilib, "Günəşli" yatağında hasilatın stabil saxlanılması və artırılması ilə bağlı təkliflər dinlənilib. Layihədə yataq üzrə əməliyyat xərclərinin optimallaşdırılması öz əksini tapıb. "McKinsey&Company;" şirkəti tərəfindən "Günəşli" yatağında yaxın iki həftə ərzində ilkin tədqiqat işlərinin aparılması və təkliflərin verilməsi qərara alınıb, 2018-ci il üçün yataqda hasilatın ən az 7% artırılması barədə təklifin bir ay müddətinə təqdim olunması razılaşdırılıb. İclasda qeyd edilmişdir ki, "Mayak" layihəsi əlavə xərclər çəkilmədən hasilatın artırılmasına xidmət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31