Sosial
Qayınata və qayınana hamilə gəlini döydü - Bakıda
Bakıda hamilə qadın qaynatası və qaynanası tərəfindən döyülüb. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə 1991-ci il təvəllüdlü Rəcəbova Mərziyyə Ramazan qızı yaşadığı evdə qohumları ilə mübahisə edib.
Bu yazıçılara mənzil verildi - SİYAHI
Dünyasını dəyişmiş 4 jurnalistin ailə üzvləri mənzillə təmin olunub
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün tikilmiş ikinci binada mənzillə təmin olunanlar arasında 19 jurnalist cütlüyünün ailəsi var. Mənzillə təmin olunanlardan 19 ailənin hər iki başçısı mətbuat nümayəndəsidir və hazırda KİV-də çalışır. Bundan başqa, dünyasını dəyişmiş 4 jurnalistin ailəsi də yeni binada mənzillə təmin olunub.
Yaşıl çay içən yaşlı adamlar daha sərbəst olurlar...
Müntəzəm şəkildə yaşıl çay içən yaşlı adamlar daha sərbəst və müstəqil olması ilə fərqlənirlər. Yapon mütəxəssislərin apardıqları araşdırmalara görə, bu fakt bir tərəfdən bu qrupdan olan adamların həyat tərzi, digər tərəfdən isə yaşıl çayın tərkibindəki kimyəvi birləşmələrlə əlaqələndirilir.
Qızmar istilərdən özünüzü bu cür qoruyun
Artıq bir neçə gündür ki, ölkə ərazisində kəskin istilər müşahidə olunur, hətta isti hava şəraiti günvurmalara səbəb olub. Bəs qızmar istilərdən necə qorunmalıyıq?
Diqqət: Övladınıza ad seçəndə diqqətli olun!
Ad seçəndə diqqətli olun, bilənlərlə məsləhətləşin, elə olmasın ki, o ad övladınızın üzərində damğa, qüsur kimi görünsün. Ailədə uşaq doğulur. Ev-eşik toy-bayram ovqatı ilə dolur. Böyük-kiçik hamı ad düşünür, ad seçir. Biri babanın adını məsləhət görür, biri dəbdə olan adlardan birini təklif edir, biri də bu ikisinin arasında bir şey axtarır. Xülasə, fikirlər səslənir, məntiqlər toqquşur. Hamı da öz dediyinə haqq qazandırmağa çalışır. Valideynin övlad qarşısındakı ilk borcu ona gözəl bir ad verməkdir. Yəni bu işdə məsuliyyət valideynlərin boynuna düşür. Bu haqq onlara aid olsa da, valideynlər bu haqqı könüllü şəkildə babaya, nənəyə də həvalə edə bilərlər. Ad məsələsi ümumiyyətlə, həssas mövzudur. Qədimdən uşaqlara adlar seçilərdi: Əhməd, Məhəmməd, Mahmud, Mustafa, İsmayıl, Əli, Həsən, Hüseyn, Mehdi, Sahib, Xədicə, Fatimə, Ayişə... Bu adların hamısı dini xarakter daşıyır.
Züleyxa Nadir yazır... Qadını ölümə aparan kirli həyat
Nahaqdan demirlər ki, həyat insana bir dəfə verilir və sən bu həyatı elə yaşamalısan ki, ətrafında olanlar, eləcə də kənardan səni izləyənlər haqqında xoş sözlər danışsınlar. Həyat yollarında elə addımlamalısan ki, qoyduğun izlərdə başqasında qıcıq yarada biləcək əlamət olmasın. Bu faktorlar xüsusilə də qadınlar üçün çox önəmlidi. Hətta deyərdim ki, onun yaşam tərzinin naxışı olmalıdı.
Bakıda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Paytaxtın Nizami rayonu ərazisində tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi, 20 ədəd ağaca isə zədələr yetirilməsi nəticəsində təbiətə 7920 manat məbləğində ziyan vurulması, eləcə də aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq sahəsinin kəsilməsinə dair hüquq verən rəsmi sənədlər təqdim edilməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Ev alan jurnalistlərin siyahısı (YENİLƏNİR)
Ermənilər Azərbaycanın işğal altında olan ərazilərini yenidən yandırdı
Ermənilər Azərbaycanın işğal altında olan ərazilərində növbəti dəfə yanğın törədiblər. Keçmiş Ağdərə rayonunun Lüləsaz kəndi ərazisində törədilən yanğın geniş sahəni əhatə edir. Alov getdikcə genişlənir.
Ev alan jurnalistlərin siyahısı YENİLƏNİR
Jurnalistlər üçün tikilən ikinci yaşayış binasından ev alan jurnalistlərin siyahısı hələ rəsmən açıqlanmasa da, bəzilərinin adları artıq məlumdur.
Diqqət: Təhlükəli toyuq əti Azərbaycan bazarında
Azərbaycanda insan həyatı üçün təhlükəli toyuq əti satılır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov (AİB) haqqın.az-a bildirib ki, məhsullar Ukraynadan ölkəmizə gətirilib. O bildirib ki, keçən ilin may ayında istehlakçılar AİB-ə şikayət edərək bildiriblər ki, "Qualiko" (Viniskaya toyuq fabrikası) toyuq məhsullarında nəmliyin miqdarı çoxdur.
Abituriyentlərin NƏZƏRİNƏ: qabiliyyət imtahanlarına başlanıldı
Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanlarına start verilib. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, buraxılış (qəbul) imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən və elektron qeydiyyatdan keçən abituriyentlər iyulun 19-dan 23-dək qabiliyyət imtahanında iştirak edirlər.
Nazirlik: "192 tələbə kollec, 960 tələbə ali məktəblərə köçürülmək üçün qeydiyyatdan keçib"
Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi üzrə elektron sənəd qəbulu davam edir. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkə daxilində yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi də elektron qaydada aparılır.
Gənclər və idman naziri II Avropa Oyunlarının Koordinasiya Komissiyasının üzvü seçilib
2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının Koordinasiya Komissiyasının tərkibi müəyyənləşib. GİN-dən “OLAYLAR”-a bildirilib ki, Avropa Olimpiya Komitələrinin (EOC) elan etdiyi üzvlər siyahısına yenə Yunanıstan Milli Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos rəhbərlik edir. S.Kapralos “Bakı-2015” birinci Avropa Oyunlarında da eyni funksiyanı yerinə yetirib. Onun müavini Xorvatiya Milli Olimpiya Komitəsinin prezidenti, Avropa Oyunları konsepsiyasının müəllifi Zlatko Matesadır. Ayrı-ayrı ölkələrin Milli Olimpiya komitələrindən komissiyaya üzv qismində Sergey Bubka (Ukrayna), Aleksandr Jukov (Rusiya), Alexandro Blanko (İspaniya), Dayna Qudzineviçyute (Litva), Andrjey Krasniçki (Polşa), Nils Niqard (Danimarka), Hasan Arat (Türkiyə), Mixael Vesper (Almaniya), Jan-Mişel Brön (Fransa), Liney Halldorsdottir (İslandiya), Corce Visaçki (Serbiya) və Jan Paterson (Böyük Britaniya) daxil edilib.













