Deputat: “Substansiv danışıqlar üçün əsas olmasa, danışıqlar aparmağa dəyməz”

Hesab edirəm ki, hansısa konkret məsələ hazır olduqdan sonra Azərbaycan Ermənistan tərəfi ilə görüşməlidir. Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair keçiriləcək görüşündən danışarkən bildirib.

Hesab edirəm ki, hansısa konkret məsələ hazır olduqdan sonra Azərbaycan Ermənistan tərəfi ilə görüşməlidir. Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair keçiriləcək görüşündən danışarkən bildirib. O qeyd edib ki, Ermənistan uzun illərdir ki, danışıqları imitasiya edir. Deputat vurğulayıb ki, Ermənistan son zamanlar danışıqlardan da imtina etmişdi: "Düşünürəm ki, danışıqlar zamanı işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması məsələsi gündəmdə olmalıdır. Substansiv danışıqlar üçün əsas olmasa, danışıqlar aparmağa dəyməz".  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31