Sosial
Lerikdə şəlalədən yıxılan şəxs xilas edilib
Lerikdə 60 metr yüksəklikdən qayalıqların arasına düşən şəxs xilas edilib. Lerikə istirahətə gedən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Nürəddin oğlu Vamazqon kəndində hündürlüyü 60 metr olan şəlalənin üstündən yıxılıb.
Bakıda "Təhlükəsiz İnternet" xidmətinin tətbiqinə başlanıldı
"Baktelecom" bu gündən etibarən "Bakinternet" istifadəçiləri üçün "Təhlükəsiz İnternet" xidmətinin tətbiqinə başlayıb. Bakı Telefon Rabitəsi MMC-dən verilən məlumata görə, bu filtirasiya xidməti vasitəsi ilə bütün yaş kateqoriyasına aid istifadəçilər hər növ təhlükəli məzmunlardan qoruna biləcəklər. Beləliklə, internetdən istifadə edən hər kəs bank hesablarını ələ keçirən "online" qumar oyunları, spirtli içki, tütün və narkotik maddələri təbliğ edən saytlara girişi bloklamaqla, öz şəxsi məlumatlarını kiber-cinayətkar şəbəkələr və digər fişinqlərdən qorumaq imkanı əldə edəcək. Həmçinin səmərəliliyin artırılması məqsədi ilə təhlükəsiz internet xidmətini iş yerlərində də tətbiq etmək mümkündür.
Cocuq Mərcanlıda daha 100 evin tikintisi 1 aya yekunlaşacaq
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlı kəndinə səfər edib. Ə. Həsənov burada evlə təmin olunmuş cəbrayıllı məcburi köçkün ailələri ilə görüşüb, hazırda davam edən 100 evin tikintisi ilə maraqlanıb.
““Qarabağ”ın növbəti oyunlarının Ağdamda keçirilməsinə bütün dünya kömək etməlidir”
““Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi Azərbaycanda idmana dövlət başçısı Cənab Prezident İlham Əliyev səviyyəsində olan qayğının nəticəsidir. Əminik ki, bu istiqamətdə bizim daha da böyük uğurlarımız və qələbələrimiz olacaq”.
Bu il 15 rayonda əmək yarmarkaları keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə respublikanın rayon və şəhərlərində Əmək yarmarkaları cari ildə də davam etdirilir.
Bakının əsas prospektlərindən birində "Prado" aşdı - Tıxac yarandı
Bir qədər əvvəl Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.
Bakıda insanları aldadıb tora salan polis bandası: ADLAR AÇIQLANDI
Sabunçu rayon Polis İdarəsinin əməkdaşları bir qrup yalançı polisi saxlayıblar. Hüquq-mühafizə orqanlarından sputnik.az-a verilən məlumata görə, operativ-axtarış tədbirlərinin nəticəsi belə olub.
Ölən modelin anası: "Qızımı əməliyyata gözündə linza, saçında qaynaqla salmışdılar" - FOTO
Bu ilin iyulun 26-da "Zəfəran Hospital"da əməliyyat olunduqdan sonra dünyasını dəyişən 22 yaşlı modelin anası müraciət edib. Dünyasını dəyişən model Leyla Oruclunun anası Sevinc Oruclunun sözlərinə görə, qızının ölümünə səbəb həkim səhlənkarlığı olub.
“Azərbaycanda dini plüralizm sahəsindəki vəziyyəti qənaətbəxş hesab edirəm”
Ölkədə mövcud olan dini plüralizm, tolerantlıq mühiti, digər dinlərin nümayəndələrinə Azərbaycanda yaradılan normal şəraitlə bağlı Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavini Aysel Vəlizadənin “OLAYLAR”-a müsahibəsi
Məşhur şirkətin nümayəndəsi cərimələndi- 4000 manat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində yaşıllığın məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb. “Olaylar” bildirir ki, əraziyə keçirilən baxış zamanı Gənclər şəhərciyindəki yaşayış binasının qarşısındakı torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, yaş köküstə 4 ədəd söyüd ağacının kökündən çıxarıldığı və 2 ədəd söyüd ağacının zədələndiyi məlum olub. Araşdırma zamanı sözügedən ərazinin “Binəqədi Oil Company” Şirkəti tərəfindən hasara alındığı aşkar edilib.
Azərbaycanlı qızın bu videosu izləmə rekordu qırır - VİDEO
Sosial şəbəkədə yayılan video izləyicilərin böyük marağına səbəb olub. Azərbaycanlı qız bir mahnını 19 dildə oxuyub. Onun videosuna qısa zaman ərzində minlərlə insan baxıb.
Şimşək çaxacaq, yağış yağacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək.
Torpaqların zəbt olunmasının yeni üsulu
Ölkədə torpağın qeyri-təyinatı üzrə istifadəsinin qarşısının alınmas istiqamətində ciddi tədbirlər görülməkdədir. Buna baxmayaraq hələ də orpaqların qnunsuz olaraq icarəyə, yaxud istifadəyə verilməsi halları qalmaqdadır.
Çoxmənzilli binaların damını, zirzəmisini də satırlar
Hazırda respublikanın bütün bölgələrində çoxmənzilli binaların tikintisinə üstünlük verilir. Sözügedən binaların tikintisi müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən aparılır. Məsələ orasındadır ki, istifadəyə verilən binaların bir çoxunun damı və zirzəmisində kafe və barlar fəaliyət göstərir ki, bu da sakinlərin narahatçılığı ilə müşahidə olunur. Hüquqşünas Ayaz Mirzəzadə bilririb ki, çoxmənzilli bina inşa edərək özgəninkiləşdirən MTK, MMC və digər şəxslər dərk etməlidirlər ki, mənzilləri satdıqdan sonra həmin binalar artıq onların mülkiyyəti hesab edilmir.
Test üsulu ləğv olunur?
Test üsulunun ləğvi ilə bağlı məsələ mütəmadi olaraq gündəmə gəlir və bu zaman bir xeyli müddət həmin məsələ ətrafında müzakirələr davam edir. Bu zaman test üsulunun ləğvi təşəbbüsünə dəstək verənlər də olur, onu qətiyyətlə inkar edənlər də. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin növbəti qəbul illərində həyata keçiriləcək dəyişikliklərlə bağlı açıqlaması da yenidən sözügedən məsələni aktullaşdırıb.














