Məşhur şirkətin nümayəndəsi cərimələndi- 4000 manat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində yaşıllığın məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb. “Olaylar” bildirir ki, əraziyə keçirilən baxış zamanı Gənclər şəhərciyindəki yaşayış binasının qarşısındakı torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, yaş köküstə 4 ədəd söyüd ağacının kökündən çıxarıldığı və 2 ədəd söyüd ağacının zədələndiyi məlum olub. Araşdırma zamanı sözügedən ərazinin “Binəqədi Oil Company” Şirkəti tərəfindən hasara alındığı aşkar edilib.
24 Avqust 2017 15:58 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində yaşıllığın məhv edilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb. "Olaylar" bildirir ki, əraziyə keçirilən baxış zamanı Gənclər şəhərciyindəki yaşayış binasının qarşısındakı torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, yaş köküstə 4 ədəd söyüd ağacının kökündən çıxarıldığı və 2 ədəd söyüd ağacının zədələndiyi məlum olub.
Araşdırma zamanı sözügedən ərazinin "Binəqədi Oil Company" Şirkəti tərəfindən hasara alındığı aşkar edilib.
Faktla bağlı işin icrasına cavabdeh olan "Binəqədi Oil Company" Şirkətinin nümayəndəsi Rauf Bayramov barəsində protokol tərtib olunub. Qanun pozucusu inzibati qaydada 4000 manat məbləğində cərimə edilib və təbiətə dəymiş ziyana görə 480 manat məbləğində ziyan tətbiq olunub. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün "Binəqədi Oil Company" Şirkətinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
Eyni zamanda tikintinin dayandırılması üçün Abşeron rayon Polis İdarəsinə və "Binəqədi Oil Company" Şirkətinə müraciət olunub.