Bakının əsas prospektlərindən birində "Prado" aşdı - Tıxac yarandı

Bir qədər əvvəl Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

Bir qədər əvvəl Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, metronun "Koroğlu" stansiyası istiqamətində əsas yolda "Prado" markalı nəqliyyat vasitəsi aşıb. Hazırda prospektin həmin hissəsində sıxlıq var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31