Cocuq Mərcanlıda daha 100 evin tikintisi 1 aya yekunlaşacaq

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlı kəndinə səfər edib.  Ə. Həsənov burada evlə təmin olunmuş cəbrayıllı məcburi köçkün ailələri ilə görüşüb, hazırda davam edən 100 evin tikintisi ilə maraqlanıb.

Ə. Həsənova məlumat verilib ki, işlər bir aya başa çatacaq. Bu müddətdə 100 ev, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, inzibati bina, poçt şöbəsi və digər obyektlər inşa ediləcək. Görülən işlərin vaxtında təhvil verilməsi üçün, 30-a yaxın texnika, 350-dən çox işçi qüvvəsi cəlb olunub. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31