Lerikdə şəlalədən yıxılan şəxs xilas edilib

Lerikdə 60 metr yüksəklikdən qayalıqların arasına düşən şəxs xilas edilib. Lerikə istirahətə gedən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Nürəddin oğlu Vamazqon kəndində hündürlüyü 60 metr olan şəlalənin üstündən yıxılıb.

Lerikdə 60 metr yüksəklikdən qayalıqların arasına düşən şəxs xilas edilib. Lerikə istirahətə gedən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Emin Nürəddin oğlu Vamazqon kəndində hündürlüyü 60 metr olan şəlalənin üstündən yıxılıb. Qayalıqların arasına yıxılan E. Əliyevi xilas etmək üçün Masallı rayon Yanğından Mühafizə Hissəsinin qəza xilas etmə qrupu  hadisə yerinə çağırılıb. Görülən tədbirlərlə  o, düşdüyü yerdən çıxarılaraq, Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıb. E. Əliyevin ayağının sındığı bildirilir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31