Sosial
Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsi yenidən qurulur
Suraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işlərinə başlanılıb. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılır.
Neftçala sakini göldə batıb
Fövqəladə Hallar Nazirliyini Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. “Olaylar”ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədini sudan çıxarıblar.
Tufandağ buzlağı tətqiq edilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssislərinin iştirakı ilə Tufandağ buzlağını tədqiq etmək üçün ekspedisiya təşkil edilib. “Olaylar” bildirir ki, 3755 metr yüksəklikdə aparılmış tədqiqatlar nəticəsində ötən illərlə müqayisədə buzlaq sahəsində həm azalma, həm də ərimə prosesinin daha da sürətləndiyi, buzlaq üzərində olan çatların sayının və ölçüsünün artdığı, buzlaq dilinin 20-22 metr geriyə çəkildiyi, buzlaq dilindən çıxan Mahmuddərə çayında suyun səviyyəsinin artdığı müəyyən olunub. Buzlağın parametrləri, koordinatı GPS və Lazer məsafə ölçəni ilə təyin edilib.
Ova getdi, dostunu güllələdi
Şəki rayon sakini ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə S.Əsgərova xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 23-də Şəki rayonunun Baş Kəldək kəndində kənd sakinləri Tarıyel Balakişiyev, əvvəllər məhkum olunmuş Səməd Əsgərov və onun qardaşı Rahim ov edərkən T.Balakişiyev ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə S.Əsgərova xəsarət yetirib.
Polis vətəndaşın maşınını və pulunu əlindən aldı - ŞİKAYƏT
Bakının Sabunçu rayonunda sürücü quldurluqla üzləşdiyini deyir. Müraciət edən Bakı şəhər sakini Mustafa Namazov bildirib ki, bu il iyunun 6-da Olimpiya stadionu ilə üzbəüz korpunun yaxınlığında idarə etdiyi 99 KV 892 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobili 348 və 494 nömrəli Dövlət Yol Polisinə məxsus maşında olan 3 əməkdaş tərəfindən saxlanılıb.
Silahını polisə könüllü təhvil verdi
Sabunçu rayonunun Nardaran qəsəbə sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polisə təhvil verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki söhbətlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Allahverdi Hadıyev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.
Cəlilabadda 4 otaqlı ev külə dönüb
Cəlilabadın Privolnoye kəndində ümumi sahəsi 189 kv.m olan birmərtəbəli evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 4 otaq və aynabənddən ibarət evin 2 otağının, aynabəndinin yanar konstruksiyalar 64 kv.m sahədə və dam örtüyü 110 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Binəqədidə məlumat saatı keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan dili: Dövlət quruculuğu kontekstində” mövzusunda “Məlumat saatı” keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Binəqədi RİH-də məlumat saatının Bilik Fondu ilə birgə keçirilməsinin əhəmiyyəti haqqında geniş məlumat vermiş və bildirmişdir ki, müxtəlif aktual mövzularda bu cür məlumat saatları davamlı olacaq.
Günəş tutulması zamanı ortaya çıxan mənzərə - Fotolar
Avqustun 21-də Massaçusets, Oreqon və Cənubi Karolina ştatının sakinləri tam Günəş tutulmasını müşahidə ediblər.
Azərbaycan yanğınsöndürənləri Gürcüstanda böyük sahədə yanğını söndürüblər
Azərbaycan yanğınsöndürənlərinin Gürcüstanda meşə yanğınlarının aradan qaldırılması əməliyyatlarında iştirakı davam edir. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğın ərazisində 20 hektara yaxın sahəni tam söndürüblər. Hazırda yanğınsöndürənlər dörd yanğın nöqtəsində təbii fəlakətin aradan qaldırılması prosesində iştirak edirlər.
Cərimələri ödəməyən sürücülərə DYP-dən NÖVBƏTİ XƏBƏRDARLIQ
Dövlət Yol Polisi tərəfindən respublika ərazisində yol hərəkəti qaydalarına əməl etməyən, qanunla müəyyən olunan norma və prinsiplərə diqqətsiz yanaşan hərəkət iştirakçılarının müəyyən olunması diqqət mərkəzindədir.
"Qarabağ"ın qələbəsinin pərdəarxası: Bir oyunla ÜÇ HƏDƏF
Dünən gecə Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Danimarka təmsilçisi ilə qarşılaşan doğma “Qarabağ” futbol klubu layiqli qələbəsi ilə bütün azərbaycanlılara bayram coşğusu yaşatdı. “Qarabağ” tarixi qələbəsi sayəsində Azərbaycan futbol tarixində bir ilkə imza ataraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi.
Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. “OLAYLAR”-ın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 29-da Samux rayonunda vətəndaşları qəbul edəcək.
Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı rəsmi AÇIQLAMA verdi
Dövlət İmtahan Mərkəzi Azərbaycanda test imtahanının ləğv edilməsi məsələsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Dövlət İmtahan Mərkəzindən cavab olaraq bildirilib ki, mərkəz ümumtəhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, attestasiyasını həyata keçirən, təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirən publik hüquqi şəxsdir. Buraxılış imtahanları və ali məktəblərə tələbə qəbulu yenə də Dövlət imtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.














