Sosial

“Vətəndaş Cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi” - TƏLİM

24 Avqust 2017 11:58

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və tərəfdaşları 16 avqust 2017-ci ildə İmisli rayonunda vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakilə 3 günlük təlim keçirib. Təlimin məqsədi vətəndaş cəmiyyəti təmsilçilərinin media bacarıqlarının artırılması, mətbuat ilə işin qurulması, texniki və praktiki bacarıqların genişləndirilməsi olub. Təlimdə press -relizlərin, videoçarxların, bəyanatların, dəvətlərin, açıqlamaların hazırlanması, canlı bloqların aparılması, KİV  və internet movzuları əhatə olunub. 

Üzərinə televizor düşən körpə ölüb

24 Avqust 2017 11:52

Abşeron rayonuun Masazır qəsəbəsində körpənin üzərinə televizor düşməsi nəticəsində dünyasını dəyişib. Məlumata görə, bir yaşlı Zeynalova Səma valideyn nəzarəti olmadan televizora toxunub. Nəticədə televizor körpənin üzərinə aşıb. S.Zeynalova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı  araşdırma aparılır. 

Zəvvarların ilk qrupları Həccə yola düşüb

24 Avqust 2017 11:47

Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların ilk qrupları yola düşüb. “Olaylar” xəbər verir ki, avqustun 24-də səhər saatlarında hər birində 3 zəvvar qrupu olan iki təyyarə Səudiyyə Ərəbistanına uçub.

Şəki sakini intihar edib

24 Avqust 2017 11:45

Şəkidə 53 yaşlı qadın intihar edib. Məlumata görə,  avqustun 23-də saat 21:30 radələrində Şəki şəhəri, Sərdarov küçəsi ev 22 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Mehriban Əlibala qızı Sadıqovanın meyiti yaşadığı ünvanda dəmir borudan asılı vəziyyətdə aşkarlanıb. M. Sadıqovanın hansı səbəbdən intihar etməsi məlum deyil. Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır

24 Avqust 2017 11:43

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 22 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 12 m-dir. Bura 3.75 m enində yolun hərəkət hissəsi və 2.25 m enində çiyinlər daxildir. 

Bakıdakı hava nə vaxt normaya düşəcək?

24 Avqust 2017 11:24

Atmosfer havasında müşahidə olunan tozun miqdarı sutka ərzində norma həddinə qədər enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Atmosfer havasında tozun miqdarı hər 3 saatdan bir artıb

24 Avqust 2017 11:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. “Olaylar” bildirir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 23 avqust 2017-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da bir qədər də artaraq sanitar normadan 52 faiz yuxarı olduğu qeydə alınıb.

Şəkidə YANĞIN

24 Avqust 2017 11:20

Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyliyinin 2 saylı meşə dolayının tinglik ərazisində yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki, bələdiyyə torpaqlarında başlayan yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ: Uşaq otağından çıxmadan yalnız telefonla oynayırsa...

23 Avqust 2017 20:15

Həyatımızın ayrılmaz hissəsinə çevrilən telefonlar artıq uşaqların da imtina etmədiyi bir vasitəyə çevrilib. Mütəxəssislər isə uşaqların telefondan bu qədər çox istifadə etməsinin əleyhinədir.

Arıqlamaq istəyənlərə DİETOLOQ TÖVSİYƏSİ: “Kərə yağı yeməyin”

23 Avqust 2017 19:53

Hazırda dünyada yayılmış ən böyük problemlərdən biri artıq çəki problemidir. Hətta artıq çəkidən əziyyət çəkməyənlər belə, hər an bu problemlə qarşılaşma qorxusu ilə yaşayırlar. Bu gün bütün dünyada insanlar arıqlamaq üçün ən müxtəlif üsullardan istifadə edirlər. Kimisi idmana, pəhrizlərə üz tutur. Amma bir qism insanlar arıqlamaq üçün təhlükəli olan hansısa plastik əməliyyatlara üz tuturlar ki əksər vaxtlarda bu yol insanlarda fəsadlara, hətta ölümə belə yol açır. Ailem.az-ın apardığı kiçik sorğudan sonra bəlli oldu ki, əksər insanlar arıqlamaq üçün satışda olan arıqlama çaylarından, həblərindən istifadə edirlər. Onlar bildirir ki, bu vasitələrdən istifadə etməklə daha asan arıqlayırlar və heç bir əziyyət çəkmirlər: “Nə istəyirik yeyirik, üstündən də bir fincan arıqlama çayı, ya da arıqlama həbi istifadə edirik. Nəticəsini isə dərhal görürük ki, bir-iki kilo arıqlamışıq...”

Badamı isladıb yeyin, MÖCÜZƏNİN şahidi olun

23 Avqust 2017 19:43

Badamın insan orqanizminə faydası sonsuzdur. İsladılmış badam isə vücudumuz üzərində sehirli təsirə malikdir. Badamın tərkibində sonsuz sayda vitamin, mineral və yağ turşuları var.

Bir ovuc qarpız tumunu qaynar suya atın - Nəticəsi sizi çox TƏƏCCÜBLƏNDİRƏCƏK

23 Avqust 2017 19:38

Qarpız tumları çox qiymətli məhsuldur. Qarpız tumu riboflavin, fosfor, kalsium, sink, B qrupu vitaminləri ilə zəngindir. Faydalı elementlərlə bol olan qarpız tutmu bir çox xəstəliklərin müalcəsinə effektli təsir göstərir. Odur ki, giləmeyvənin tumlarını saxlamağa dəyər.

Qara cirə min dərdin dərmanıdır - Bunları mütləq bilməlisiniz...

23 Avqust 2017 19:23

Qədim Misirdən bu günə qədər istifadə olunan qara cirə toxumu sağlamlığınız üçün faydalıdır.Tərkibindəki yararlı turşular və minerallar bədənin bir çox ehtiyacını qarşılayır. Qara cirədən astma və allergiya xəstəliklərində, pullu dəmrov və ekzemanın müalicəsində  istifadə edilir. Mədə xəstəlikləri, qaz və şişkinliyin müalicəsində qara cirə əvəzedilməz dərmandır. Bağırsaqda əmələ gələn parazitləri təmizləməyə yardımçı olur.

Uşaqlarda gec danışmağın səbəbi B12 vitamini çatışmazlığı ola bilər

23 Avqust 2017 19:19

B12 vitamini əksik olan uşaqlarda gec danışma kimi problemlər rast gəlinir.  Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından mətbuata verilən açıqlamaya görə, B12 vitamini orqanizm tərəfindən sintez olunmayan və heyvani qidaların yeyilməsi ilə mənimsənilən vitamindir.