“Vətəndaş Cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi” - TƏLİM

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və tərəfdaşları 16 avqust 2017-ci ildə İmisli rayonunda vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakilə 3 günlük təlim keçirib. Təlimin məqsədi vətəndaş cəmiyyəti təmsilçilərinin media bacarıqlarının artırılması, mətbuat ilə işin qurulması, texniki və praktiki bacarıqların genişləndirilməsi olub. Təlimdə press -relizlərin, videoçarxların, bəyanatların, dəvətlərin, açıqlamaların hazırlanması, canlı bloqların aparılması, KİV  və internet movzuları əhatə olunub. 

"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi və tərəfdaşları 16 avqust 2017-ci ildə İmisli rayonunda vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakilə 3 günlük təlim keçirib. Təlimin məqsədi vətəndaş cəmiyyəti təmsilçilərinin media bacarıqlarının artırılması, mətbuat ilə işin qurulması, texniki və praktiki bacarıqların genişləndirilməsi olub. Təlimdə press -relizlərin, videoçarxların, bəyanatların, dəvətlərin, açıqlamaların hazırlanması, canlı bloqların aparılması, KİV  və internet movzuları əhatə olunub. 

Təlimdə Sabirabad, Saatlı, İmişli, Beyləqan,  Biləsuvar, Salyan, Lənkəran, Astara, Masallı, Hacıqabul rayonlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak edib. QHT-lərlə təlimlər davam etdiriləcək. Təlim proqramından əlavə layihə çərçivəsində nəzərdə tutulan digər fəalliyyətlərin də həyata keçirilməsi üçün hazırlıqlar aparılır. Bura hökumətlə dialoq tədbiri, QHT evi, QHT-lərə dövlətin daha çox vəsait ayrıması barədə kampaniya, himayə fondları barədə kampaniya daxildir. 

Qeyd edək ki, sözügedən fəaliyyət Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin  "Vətəndaş Cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində həyata keçirilir.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31