Şəkidə YANĞIN
Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyliyinin 2 saylı meşə dolayının tinglik ərazisində yanğın hadisəsi baş verib. “Olaylar” bildirir ki, bələdiyyə torpaqlarında başlayan yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
24 Avqust 2017 11:20 SosialŞəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Küncüt meşəbəyliyinin 2 saylı meşə dolayının tinglik ərazisində yanğın hadisəsi baş verib. "Olaylar" bildirir ki, bələdiyyə torpaqlarında başlayan yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib.
Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.
Yanğın zamanı, əsasən quru kol və ot örtüyünə ziyan dəyib. Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər davam etdirilir.