Zığ-Suraxanı yolunun 2.7 km-lik hissəsi yenidən qurulur
Suraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işlərinə başlanılıb. “OLAYLAR”-ın “Azəravtoyol” ASC-yə istinadən verdiyi xəbərə görə, təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılır.
24 Avqust 2017 15:10 SosialSuraxanı rayonunun Zığ - Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması işlərinə başlanılıb. "OLAYLAR"-ın "Azəravtoyol" ASC-yə istinadən verdiyi xəbərə görə, təmir-tikinti işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılır. Yolun hərəkət hissəsinin eni 9 m təşkil edir. Aparılan işlər zamanı köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş qarışığından ibarət isə yol əsasının inşası aparılır. Yol boyu yeraltı kommunikasiya xətləri yeniləri ilə əvəzlənir, bəziləri yolun hərəkət hissəsindən kənara çıxarılır. Layihə çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yol boyu zəruri olan yerlərdə hər iki istiqamət üzrə 1.5 metr enində yeni piyada səkilərinin tikintisi nəzərdə tutulub. Səkilərin kənarına 6.5 min p/metr yeni səki daşı düzüləcək.