““Qarabağ”ın növbəti oyunlarının Ağdamda keçirilməsinə bütün dünya kömək etməlidir”

““Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi Azərbaycanda idmana dövlət başçısı Cənab Prezident İlham Əliyev səviyyəsində olan qayğının nəticəsidir. Əminik ki, bu istiqamətdə bizim daha da böyük uğurlarımız və qələbələrimiz olacaq”.

""Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi Azərbaycanda idmana dövlət başçısı Cənab Prezident İlham Əliyev səviyyəsində olan qayğının nəticəsidir. Əminik ki, bu istiqamətdə bizim daha da böyük uğurlarımız və qələbələrimiz olacaq". Bunu deyən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov əlavə edib ki, "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə görə, komandanın baş məşqçisi Qurban Qurbanovun əməyini xüsusuilə yüksək qiymətləndirib: "Qurban Qurbanov "Qarabağ" futbol klubunda ciddi nizam-intizam yaradıb. Ciddi nizam-intizam olan yerdə daha da irəlilə getmək mümkündür. Hesab edirəm ki, ona görə də bu qələbə həm də Qurban Qurbanovun adına yazılmalıdır. Həmçinin bu qələbə münasibətilə klubun rəhbərliyini, bütün komanda üzvlərini təbrik edirəm. Çünki onlar çox böyük əzmlə mübarizə apardılar və qələbə qazandılar". Komitə sədri deyib ki, "Qarabağ" adlı Azərbaycan futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi bizim üçün ikiqat qələbə və sevincdir: "Torpaqlarımız işğal altında olmasaydı "Qarabağ"ın ev oyunu Ağdamda keçirəcəkdi. Təəssüflər olsun ki, torpaqlarımız hələ ki, işğal altında olduğundan bu baş vermir. Ancaq "Qarabağ"ın qələbəsi beynəlxalq aləmə bir ismarıcdır. Bu ismarıc ondan ibarətdir ki, artıq bizim torpaqlarımız işğaldan azad edilməlidir. Beynəlxalq aləm də torpağı işğal altında olan dünya çapına çıxan bir kluba dəstək olmalıdır ki, növbəti ev oyunları işğaldan azad olunmuş Ağdamda keçirilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31