Çoxmənzilli binaların damını, zirzəmisini də satırlar

Hazırda respublikanın bütün bölgələrində çoxmənzilli binaların tikintisinə üstünlük verilir. Sözügedən binaların tikintisi müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən aparılır. Məsələ orasındadır ki, istifadəyə verilən binaların bir çoxunun damı və zirzəmisində kafe və barlar fəaliyət göstərir ki, bu da sakinlərin narahatçılığı ilə müşahidə olunur. Hüquqşünas Ayaz Mirzəzadə bilririb ki, çoxmənzilli bina inşa edərək özgəninkiləşdirən  MTK, MMC və digər şəxslər dərk etməlidirlər ki, mənzilləri satdıqdan sonra həmin binalar artıq onların mülkiyyəti hesab edilmir.

Ümumi paylı mülkiyyət yerlərini satmaq mümkündürmü?

Hazırda respublikanın bütün bölgələrində çoxmənzilli binaların tikintisinə üstünlük verilir. Sözügedən binaların tikintisi müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən aparılır. Məsələ orasındadır ki, istifadəyə verilən binaların bir çoxunun damı və zirzəmisində kafe və barlar fəaliyət göstərir ki, bu da sakinlərin narahatçılığı ilə müşahidə olunur. Hüquqşünas Ayaz Mirzəzadə bilririb ki, çoxmənzilli bina inşa edərək özgəninkiləşdirən  MTK, MMC və digər şəxslər dərk etməlidirlər ki, mənzilləri satdıqdan sonra həmin binalar artıq onların mülkiyyəti hesab edilmir. Belə ki, həmin binalarda ümumi istifadə edilmək üçün nəzərdə tutulan zirzəmilər, bloklar, damlar binaya bitişik olan həyətlər, şaxtalar və s. həmin binadakı mənzil mülkiyyətçilərinin (mənzil alanların) ümumi paylı mülkiyyətinə daxildir. Odur ki, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Onun bildirdiyinə görə, qanunvericilikdə çəxmənzilli binaların yuxarı mərtəbəsində mansard deyilən mərtəbə nəzərdə tutulmur. Mansard çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahə olaraq fərdi yaşayış evlərinin üzərində tikilə bilər. Halbuki, tikinti şirkətləri binaların damını (çardağını) mansard adlandıraraq qanunsuz olaraq mənzil kimi satırlar. Mənzil Məcəlləsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.  Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən bildirilib ki, Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə edilməsinin 3 forması müəyyən edilib. Çoxmənzilli binalar ya bilavasitə, yəni, bir nəfərin seçilməsi, ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, ya da əvvəlki qaydada idarə edilir. Əvvəllər Məcəllədə çoxmənzilli binaların idarə olunmasının vahid qaydası nəzərdə tutulmamışdı. Qanunvericilikdə edilən dəyişiklik məhz çoxmənzilli binaların idarə olunmasının vahid qaydasını nəzərdə tutur. Yeniliyin mahiyyəti çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərin daha yaxından iştirakının təmin olunmasından ibarətdir. Mənzil Məcəlləsinin XV fəsli çoxmənzilli binanın idarə edilməsi ilə bağlı müddəaları (çoxmənzilli binanın idarə edilməsi üsulu, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi, dövlət və ya bələdiyyə mülkiyyətində olan çoxmənzilli binanın idarə edilməsi, binanın mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə olunması və s.) nəzərdə tutsa da, çoxmənzilli binanın idarə edilməsi ilə bağlı vahid qaydaların olmaması bu müddəaların həyata keçirilməsində problemlər yaradırdı. Yeniliyə əsasən çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılır, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olur.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31