Sosial
“Next Level Azerbaijan” proqramı təqdim edildi
Mədəniyyət və İncəsənət Universitetində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Next Level Azerbaijan” proqramının təqdimatı keçirilib. Olaylar bildirir ki, tədbirdə Universitetin Beynəlxalq işlər üzrə prorektoru professor Gülşən Əliyeva və Səfirliyin nümayəndəsi, mədəniyyət proqramları üzrə direktor, mütəxəssis Fərqani Əliyev tələbə heyətinə “Next Level Azerbaijan” proqramı haqqında ətraflı məlumat verib.
Kimlər daha çox qeybət xəstəliyinə yoluxurlar?
Təbiətin ən ali varlığı, yaradanın ən qiymətlisi insan dünyaya gələndə halı, xasiyyəti, ağlı və istedadı da birgə doğulur. Müstəsna hallar var ki, öncə insanın düşdüyü mühüt və şərait nəzərdə tutulur. Bəzən mühit və şərait insan ağlına, düşüncəsinə ciddi təsir edir. Təbii ki, bu bir başqa yazının mövzusudur.
Korrupsiyaya qarşı mübarizə davam edən bir prosesdir
Korrupsiya və rüşvətxorluq bu gün demək olar ki, bütün cəmiyyətlərdə yayılmış əsas problemlədən biridir. Etiraf etmək lazımdır ki, Azərbaycanda da bu kimi neqativ hallar, mənfi tendensiya zaman-zaman yaşanıb və günümüzdə də az bir faizdə də olsa ölkədə həmin mənfi tendensiya halları müşahidə edilir.
FHN-in Akademiyasında müstəqillik günü qeyd olunub
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. FHN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə təbrik edib. Azərbaycanın dövlət müstəqilliyi tarixinə qısa nəzər salan Akademiya rəisi bildirib ki, Azərbaycan Respublikasının suverenliyinin qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Qeyd edib ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasətin layiqli davamçısı, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük səyləri nəticəsində dövlətimiz daha da güclənərək beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib.
Avtomobil vuran piyada ölüb
Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 17-də saat 15 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində rayon sakini Təbriz Gülməmmədov idarə etdiyi “VAZ-21063” markalı avtomobillə yolu keçən həmyerlisi Novruz Bədəlovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Füzuli RPŞ tərəfindən araşdırma aparılır.
Tağıyev qəsəbəsində silah-sursat tapılıb
H.Z.Tağıyev qəsəbəsi ərazisində korroziyaya uğramış silah-sursat tapılıb. DİN-dən “Olaylar”a veriln məlumata görə, DİN-in Baş Mühafizə İdarəsi və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən H.Z.Tağıyev qəsəbəsi ərazisində korroziyaya uğramış 48 ədəd müxtəlif kolibrli mərmi, 1 ədəd qumbara və 1 ədəd alışdırıcı tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Bir millətin müstəqilliyinin sığortası, şəhidlərinin qanı, ruhudur
Azərbaycanın ikinci müstəqilliyinin 26-cı ildönümü münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edən Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) baş katibi Mehmet Gıyas Azeriturk deyib ki, torpağı vətən edən, o torpağın övladlarının, o torpaqlar üçün verdiyi candır: "Vətənin hər qarış torpağı, vətəndaşın qanıyla islanmadıkça tərk olunamaz”.
Təhsil müəssisələrində Müstəqillik Günü qeyd edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, təhsil müəssisələrində “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.
Gecikdirilmiş ödənişlər işçilərə verildi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin 9 ayında ümumilikdə 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Bakı-Abşeronda bir neçə yerdə sürüşmə və subasma sahələri aktivləşib
Bakı şəhəri və Abşeron rayonunda sürüşmə sahələrində vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Zığ, Masazır qəsəbəsində “Zəli” gölü və Hökməlidə Nübar qəsəbəsi sürüşmə sahələrində aktivlik müşahidə edilir. Ekspedisiya rəisinin sözlərinə görə, sürüşmə sahələrinin aktivləşməsinə atmosfer yağıntıları səbəb olub.
“Mollalarda gəzirdi, 9 ay idi evdə yox idi…” - Qız qaçıran evli kişi
Tərtərdə ailə olduğu halda başqa qızı qaçırmaqda ittiham olunan Vahid Qasımov məsələ ilə bağlı açıqlama verib. O,sosial şəbəkələrdə keçmiş həyat yoldaşı barəsində ittihamlar irəli sürüb və qız qaçırmasına haqq qazandırıb: "9 ay idi ki, çıxıb anasının yanına getmişdi. Heç ailəsindən xəbəri yox idi. Ailə kimi davranmırdı. Məni ailəmdən ayırmaq istəyirdi. Deyirdi ki, gedəj ayrı yerdə qalaq. Mən sənin valideyninə baxmaq istəmirəm.
Bədəninizdə bu bölgələrə DİQQƏT EDİN! - Önəmli çatışmazlıqlarınız ola bilər - FOTOLAR
Əgər doğru yerlərə baxsanız, vücudunuzun sizə bir çox mesaj verməkdə olduğunu görə bilərsiniz. Özəlliklə, önəmli vitamin və mineralların əskikliyi varsa, diqqət çəkən simptomlar ortaya çıxır.
Vaqif Əsədov: “Qarabağ”ın oyunundan sonra tamaşaçıların avtobuslarla daşınması təmin ediləcək”
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bu gün UEFA Çempionlar Liqasının III turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” (Ağdam) – “Atletiko” (Madrid) oyunu ilə əlaqədar tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxt sakinlərinə müraciət edib.
Ev alan jurnalistlərlə görüş keçiriləcək
Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş yeni binadan mənzil almış şəxslərlə görüş keçiriləcək. Novator.az-a açıqlama verən “Jurnalist evi” MMC-nin direktoru Bünyamin İsmayılov deyib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (Mətbuat prospekti, 529-cu məhəllə) keçiriləcək görüşdə mənzillərin bağışlanması müqavilələri bağlanacaq.
Bakıda iki müəmmalı yol nişanı - Onları 6 min manat cərimə gözləyir
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Bakı şəhərində biri qanunda nəzərdə tutulmayan, digəri isə birlikdə tətbiq edilməsi mümkün olmayan nişanların qoyulması ilə bağlı məlumat paylaşıb. Məlumat ictimailəşəndən sonra DYP açıqlama yayaraq, həmin nişanların onlar tərəfindən quraşdırılmadığını açıqlayıb. Dərhal nişanlardan biri götürülüb. Həmin yol nişanlarının kimlər tərəfindən quraşdırıldığı məlum deyil.
.jpg)













