Sosial
Sabah yağmurlu hava olacaq
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-13° isti, gündüz 17-20° isti, Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacağı gözlənilir.
Polis generalından mitinqlə bağlı XƏBƏRDARLIQ
Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının oktyabrın 21-ə təyin etdiyi yürüşlə bağlı xəbərdarlıq edib. Bu barədə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov bildirib ki, paytaxtda razılaşdırılmamış yürüş-mitinqin keçirilməsinə imkan verilməyəcək: "Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsi yolverilməzdir. Əgər kimlərsə paytaxtda qanunun tələbini və ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya və ya yürüş keçirməyə cəhd edərlərsə, bunun qarşısı tərəfimizdən qətiyyətlə alınacaq. Qəti şəkildə bildirirəm ki, belə bir cəhdə təşəbbüs göstərənlər və razılaşdırılmamış yürüşdə iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar".
23307 manat məbləğində cərimə tətbiq edildi
1-15 oktyabr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Olaylar bildirir ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 111 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli “məcburi göstəriş” verilib.
Bu ilin 9 ayında körpələrə ən çox verilən adlar - SİYAHI
Azərbaycanda bu ilin 9 ayında doğulan körpələrə yenə də ən çox Yusif (2212) və Zəhra (2054) adları verilib. Daha çox verilən adlar arasında Nuray (1652), Hüseyn (1472), Əli (1603), Fatimə (1125), Zeynəb (1203), Aylin (1148), Ömər (1225), Məhəmməd (1090), Ayan (831), Murad (968), Məryəm (1217), Mələk (1106), Xədicə (682), Ayxan (829), Mədinə (706), Uğur (1149), Dəniz (1096), Leyla (666), Gülay (561), İbrahim (661), Tunar (685), Fidan (510), Kənan (499), Səma (602), Nihad (471), Nəzrin (445), Yağmur (468), Həsən (450), Ümid (555), Fərid (433), İnci (572) kimi adlar yer alıb.
Beyləqanda anbar mal qarışıq yanıb
Beyləqan rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəlad Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun Şərq qəsəbəsində ümumi sahəsi 16 m2 olan anbarın yanar konstruksiyaları və içərisində olan ərzaq və qarışıq mallar yanıb. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Məhkumlara psixoloji yardım göstərilib
Ədliyyə Nazirliyi Penitensiar xidmət ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında birgə təsdiq edilmiş tədbirlər planına əsasən 8 və 13 saylı cəzaçəkmə müəssisələrində seminar-treninq keçirilmişdir.
Avtomobildə gizlədilən 1130 ədəd fişəng aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Şəxsi əşyaların arasında “beşbarmaq” çıxdı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasınınvətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.
Qız qaçıran evli kişinin qayınanası: "Bütün kənd bilir ki, o qadın ..." - TƏFƏRRÜAT -VİDEO
Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini Vahid Qasımlının evli olduğu halda başqa bir qızı qaçırmasının təfərrüatı məlum olub. Məlumata görə, V.Qasımlı Şahnaz Heydərli ilə sevərək ailə qurub. “Onlar təxminən 3 il olar ki, ailə qurublar. 2 yaşlı qızı var, yoldaşı hamilədir. Vahid Şahnazı da qaçırmışdı. Sonra da el adəti ilə toy etdilər. Amma Vahidin birdən-birə belə iş tutması anlaşılan deyil. Şahnazın atası xəstə idi, arada onun yanına gedib-gəlirdi. Vüsal da anası ilə birlikdə kəndin yaxınlığındakı kök sahəsində işləyir. Atası isə bir neçə il əvvəl infarkt keçirib, o vaxtdan işləmir. 1 bacısı var, o da ailəlidir”, - deyə sakinlər bildirir.
46 məktəb üzrə “Məktəb seminarları” keçirilib
2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”nın sayca 9-cu sessiyaları Sabunçu rayonunun 46 ümumi təhsil məktəbini əhatə edib.
Avropa Komissiyasına Ermənistanla bağlı sorğu göndərildi
Bir neçə gün öncə Avropa Komissiyası Ermənistanla noyabrda keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində imzalanacaq “Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq” sazişin detallarını açıqlayıb.
Güzəştli mənzil almaq istəyənlər üçün YENİ XƏBƏR
"Bakının Yasamal rayonunda birinci güzəştli yaşayış kompleksi 2018-ci ilin yayında istifadəyə veriləcək". Bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini Sadiq Sadıqov deyib. Onun sözlərinə görə, kompleksin tikintisi cədvələ uyğun davam edir.
3 media şirkəti bağlandı
İsrail ordusu Qərb Şeriyada üç media şirkəti ilə bir mətbəəni bağlayıb. Olaylar bildirir ki, İsrail əsgərləri, Ramallah, El-Xəlil və Nablusda fəaliyyət göstərən "Palmedia", "TransMedia" və "RamSat" şirkətlərinə basqın təşkil edib.
Dövlət Komissiyası: Bu il Azərbaycanda 390 nəfərin İİV-ə yoluxduğu müəyyənləşib
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, 2017-ci ilin 9 ayında Azərbaycanda İİV-ə yoluxması yeni aşkarlanan insanların sayı 390 nəfərdir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan bildirilib ki, onlardan 385-i (97,7%) Azərbaycan vətəndaşı, 5-i (2,3%) isə əcnəbidir.














