Güzəştli mənzil almaq istəyənlər üçün YENİ XƏBƏR
"Bakının Yasamal rayonunda birinci güzəştli yaşayış kompleksi 2018-ci ilin yayında istifadəyə veriləcək". Bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini Sadiq Sadıqov deyib. Onun sözlərinə görə, kompleksin tikintisi cədvələ uyğun davam edir.
18 Oktyabr 2017 12:52 Sosial"Bakının Yasamal rayonunda birinci güzəştli yaşayış kompleksi 2018-ci ilin yayında istifadəyə veriləcək". Bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktor müavini Sadiq Sadıqov deyib. Onun sözlərinə görə, kompleksin tikintisi cədvələ uyğun davam edir.
S.Sadıqov deyib: "Kompleksin tikintisində 20-dən çox podratçı çıxış edir. İşlərə 3500-ə yaxın adam cəlb edilib. Bu kompleks 1843 ailəni yeni mənzillə təmin edəcək. Layihələndirmə mərhələsində olan ikinci kompleks isə 3000 mənzildən ibarət olacaq". Trend.az