46 məktəb üzrə “Məktəb seminarları” keçirilib
2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”nın sayca 9-cu sessiyaları Sabunçu rayonunun 46 ümumi təhsil məktəbini əhatə edib.
18 Oktyabr 2017 13:03 Sosial2017-2018-ci tədris ili üzrə "Məktəb seminarları"nın sayca 9-cu sessiyaları Sabunçu rayonunun 46 ümumi təhsil məktəbini əhatə edib. "OLAYLAR"-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər. Məktəb direktorları üçün təşkil olunan sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəb mühiti, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, fənn olimpiadalarının və müsabiqələrin təşkili, yeni layihələrin icrası, təmayülləşmənin tətbiqi, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri və digər müvafiq məsələlərə toxunub.