Şəxsi əşyaların arasında “beşbarmaq” çıxdı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasınınvətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb.
18 Oktyabr 2017 13:21 SosialHava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silahın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasınınvətəndaşı gömrük nəzarətindən keçərkən, onun çantasının içərisindəki mallar müvafiq qanunvericiliyə uyğun olaraq yoxlanılıb. Yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib. Faktla bağlı araşdırma aparılır.