3 media şirkəti bağlandı

İsrail ordusu Qərb Şeriyada  üç media şirkəti ilə bir mətbəəni bağlayıb. Olaylar bildirir ki, İsrail əsgərləri, Ramallah, El-Xəlil və Nablusda fəaliyyət göstərən "Palmedia", "TransMedia" və "RamSat" şirkətlərinə basqın təşkil edib.

Basqın zamanı İsrail əsgərləri media qrumlarına məxsus montaj avadanlıqlarını, fotoaparat və kompüterləri götürüb. Əsgərlər media qrumlarının önünə "6 ay bağlı olacaq" sözlərini yazıblar.
Mətbuat xidmətlərinin bağlanmasının səbəbi barədə məlumat verilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31