Cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin məhkumlarla növbəti görüşü 14 saylı cəzaçəkmə müəssisələrində təşkil olunmuşdur. Cəza çəkənlər qarşısında çıxış edən komitənin məsul əməkdaşları Ceyhun Əliyev və Namiq Giriyev ölkəmizdə dini etiqad azadlığı üçün geniş imkanlar yaradıldığını, dövlətimizin sözün həqiqi mənasında vicdan azadlığının təminatçısına çevrildiyini bildirmişlər. Maarifləndirici xarakter daşıyan tədbirdə xurafatla və dini radikalizmlə mübarizə, eləcə də vətənpərvərlik və İslamda vətənə olan sevgi mövzusu müzakirə edilmiş, dini ekstremizmə qarşı barışmaz mövqe nümayiş etdirilməsinin zəruriliyi, Azərbaycanın tolerantlıq modelinin dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı xüsusi kontingentin diqqətinə çatdırılmış və mövzu ilə bağlı məhkumların çoxsaylı sualları cavablandırılmışdır.Tədbirin sonunda müəssisədəki dini ibadət otağına baş çəkilmiş, kitabxanaya dini kitablar hədiyyə edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31