Sosial
“Çin mətbəxi” mövzusunda master-klass keçirilib
Oktyabrın 18-də Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Çin mətbəxi” mövzusunda master-klass keçirilib. Olaylar bildirir ki, tədbirdə məşhur Çin mətbəxinin yeməklərini hazırlayan Çin aşpazları məhsulların seçilməsi ilə bağlı tövsiyələrini və milli yeməklərin hazırlanması sirlərini paylaşıb, eyni zamanda Çin mətbəxinin vacib prinsipləri olan yeməklərin cəld və yüksək istilikdə hazırlanmasının vacibliyini qeyd ediblər. Çin aşpazlarının sözlərinə görə, Çin ənənəsinə əsasən qida yalnız dadlı və faydalı deyil, hətta müalicəvi də olmalı, qidanı qəbul prosesi isə hər zaman millətin mədəniyyəti ilə tanış olmaq anı kimi qəbul edilməlidir.
Akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli neyrofizioloq alim, akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş “Akademik Hüseyn Həsənov” və “AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı” adlı kitabların təqdimatı keçirilib. Olaylar bildirir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının və AMEA Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova açıb.
Avtomobil nömrələri ilə bağlı dövlət standartının TƏLƏBLƏRİ açıqlandı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS 599-2015 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” dövlət standartının tələblərini açıqlayıb.
DTX iki ünvanda əməliyyat keçirdi - İki nəfərin işi məhkəməyə göndərildi
Paytaxtda iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə "Binəqədi rayonu dini icması" (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və "İrfan dini icması"na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilib.
Binəqədidə Müstəqillik Günü qeyd edilib
Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!” adlı tədbiri keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə çıxış edənlər millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir.
Nazir cənub zonasında vətəndaşlarla görüşəcək
Oktyabrın 20-də gənclər və idman naziri Azad Rəhimov Masallı rayonunda vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, qəbulda Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Masallı Gənclər Mərkəzində (Masallı şəhəri, Talışxanov küçəsi -73) baş tutacaq. Qəbula gəlmək istəyən vətəndaşlar müvafiq ı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Bakının mərkəzində hərəkət məhdudlaşdırılır, “Qarabağ”ın azarkeşləri evə necə gedəcək?
Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko Madrid” qarşılaşması həmin vaxtda bitdiyindən, bu xəbərdarlıq azarkeşlər arasında narahatlığa səbəb olub. Saat 22:00-da stadionu tərk edən on minlərlə tamaşaçının yolun təmiri ilə əlaqədar problemlə üzləşəcəyini düşünürlər.
Azərbaycanın siyasi sistemi plüralizm nümunəsidir
Cəmiyyətin siyasi sistemində dövlətlə yanaşı digər təşkilatlar da - siyasi partiyalar və ictimai birliklər fəaliyyət göstərir. Onlar bu və ya başqa dərəcədə ölkənin siyasi həyatında iştirak edir və bununla da cəmiyyətin siyasi sisteminin ünsürləri kimi çıxış edirlər. Cəmiyyətin siyasi sisteminin bütün ünsürləri sıx, üzvi vəhdətdə olur və bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.
Bakıda məhərrəm ayında kimlər toy edir? – SİYAHI
Artıq bir aya yaxındır ki, Hicri-qəməri təqvimi ilə Məhərrəm ayını yaşayırıq. Adətən, İmam Hüseyn və tərəfdarlarının qətlə yetirildiyi bu ay matəm ayı kimi dəyərləndirilir. Bu baxımdan, məhərrəmliyi dəvətnamədən, əlavə xərcdən çəkinən insanlar üçün şükran ayı da hesab etmək olar. Çünki adətən, əksəriyyət bu ayda toy etməkdən çəkinir. Buna baxmayaraq, fərqli düşünən insanlar da var.
"Azərsu" 200-dən çox obyekt, 2 mindən çox evin sökülməsini istəyir
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırıb.
2000-ə yaxın narkoman cinayət məsuliyyətinə cəlb edilib
Bu ilin 9 ayında narkotiklərlə mübarizə sahəsində cinayət məsuliyyətinə 1955 nəfər cəlb edilib. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Azərbaycanda bu il doğuş zamanı qeydə alınan ana ölümlərinin sayı açıqlanıb
“Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq". Bu ilin 9 ayı ərzində Azərbaycanda ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb. Bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
Bakıda qeyri-qanuni dini ayinlər icra edən şəxslər aşkarlanıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə oktyabr 17-də “Binəqədi rayonu dini icması” (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və “İrfan dini icması”na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilib.
"Abşeron" yatağının "Neft Daşları" Neft və Qazçıxarma İdarəsinin infrastrukturuna birləşdirilir
"Neftqazelmitədqiqatlayihə" İnstitutunda SOCAR-ın həyata keçirdiyi iri layihələrin təhlili ilə məşğul olan beynəlxalq "Independent Projects Analysis" (Layihələrin Müstəqil Təhlili) şirkəti tərəfindən görülən işlərin hesabatına dair tədbir keçirilib.
“Next Level Azerbaijan” proqramı təqdim edildi
Mədəniyyət və İncəsənət Universitetində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Next Level Azerbaijan” proqramının təqdimatı keçirilib. Olaylar bildirir ki, tədbirdə Universitetin Beynəlxalq işlər üzrə prorektoru professor Gülşən Əliyeva və Səfirliyin nümayəndəsi, mədəniyyət proqramları üzrə direktor, mütəxəssis Fərqani Əliyev tələbə heyətinə “Next Level Azerbaijan” proqramı haqqında ətraflı məlumat verib.














.jpg)