“Next Level Azerbaijan” proqramı təqdim edildi
Mədəniyyət və İncəsənət Universitetində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə “Next Level Azerbaijan” proqramının təqdimatı keçirilib. Olaylar bildirir ki, tədbirdə Universitetin Beynəlxalq işlər üzrə prorektoru professor Gülşən Əliyeva və Səfirliyin nümayəndəsi, mədəniyyət proqramları üzrə direktor, mütəxəssis Fərqani Əliyev tələbə heyətinə “Next Level Azerbaijan” proqramı haqqında ətraflı məlumat verib.
18 Oktyabr 2017 16:15 SosialMədəniyyət və İncəsənət Universitetində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə "Next Level Azerbaijan" proqramının təqdimatı keçirilib. Olaylar bildirir ki, tədbirdə Universitetin Beynəlxalq işlər üzrə prorektoru professor Gülşən Əliyeva və Səfirliyin nümayəndəsi, mədəniyyət proqramları üzrə direktor, mütəxəssis Fərqani Əliyev tələbə heyətinə "Next Level Azerbaijan" proqramı haqqında ətraflı məlumat verib.
Görüşdə amerikalı mütəxəssislər tələbələrə MC, Beatbox, Graffiti, Hip-Hop və digər rəqs növlərinin yaranma tarixindən bəhs edib, MC və Beatbox nümunələri səsləndiriblər. Eyni zamanda tələbələr də öz bacarıqlarını göstərərək, fikirlərini bölüşüblər. Mövzu ətrafında qarşılıqlı müzakirə aparılıb və suallar cavablandırılıb.
Qeyd edək ki, görüş zamanı əsasən Teatr sənəti fakültəsinin 20-ə yaxın tələbəsindən ibarət yaradıcı qrup seçilib. Təlim və məşqlərdən sonra son seçim turundan keçən iştirakçılar Bakı, Mingəçevir səhnəsində yekun çıxış edəcəklər.