Binəqədidə Müstəqillik Günü qeyd edilib
Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!” adlı tədbiri keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbirdə çıxış edənlər millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir.
18 Oktyabr 2017 17:27 SosialBinəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!" adlı tədbiri keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə çıxış edənlər millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdırıldığı vurğulayıb. Qeyd edib ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən qorunub saxlanılır. Bayram təbriklərindən sonra müxtəlif sahələrdə rayonun ictimai-siyasi proseslərində fəaliyyətləri ilə fərqlənən şəxslərə Fəxri Fərmanlar təqdim olunub. Tədbir sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, layihə rəhbəri və baş prodüseri Arzu Əliyevanın olduğu "Əbədi ezamiyyət" sənədli filmi nümayiş edilib.