Kimlər daha çox qeybət xəstəliyinə yoluxurlar?

Təbiətin ən ali varlığı, yaradanın ən qiymətlisi insan dünyaya gələndə halı, xasiyyəti, ağlı və istedadı da birgə doğulur. Müstəsna hallar var ki, öncə insanın düşdüyü mühüt və şərait nəzərdə tutulur. Bəzən mühit və şərait insan ağlına, düşüncəsinə ciddi təsir edir. Təbii ki, bu bir başqa yazının mövzusudur.

Bu vərdiş kişilər və qadınlarda necə müşaiyət olunur?
 

Təbiətin ən ali varlığı, yaradanın ən qiymətlisi insan dünyaya gələndə halı, xasiyyəti, ağlı və istedadı da birgə doğulur. Müstəsna hallar var ki, öncə insanın düşdüyü mühüt və şərait nəzərdə tutulur. Bəzən mühit və şərait insan ağlına, düşüncəsinə ciddi təsir edir. Təbii ki, bu bir başqa yazının mövzusudur. Dünyaya gələn insanın dünyaya baxışı müxtəlif olduğu kimi, hər bir insana baxışı da müxtəlif ola bilər. Əqlinə və əməlinə görə, Mövlanə Cəmaləddin Rumi, Fəzullah Nəimi, İmaməddin Nəsimi, Ibni Sina kimi müdrüklər insanlara qiymət verərkən onları Kamil insan və cahil insan kimi şərti qiymətləndirmə üsulundan istifadə edərək iki qrupa bölmüşlər. Kamil insan ağlının gücünə inanan, biliyi, bacarığı, xeyirxahlığı, yaşadığı cəmiyyətə xeyir verən və onun xoşbəxtliyi uğrunda canını fəda etməyə hazır olan və ən azından bacardığını edən və etmək istəyənlərdir. Və insanın kamillik dərəcəsini qiymətləndirmək üçün bu siyahını istədiyimiz qədər uzada bilərik. Cahil bunun əksinə olaraq bütün pisliklərə məhəl qoymadan imza atmağa hazır olan və onları edənlərdir. Detallarına varsaq görərik ki, cahil insan yaltaq da ola bilir, qeybətcil də, iküzlü də, yalançı da. Başqasının yaxşı əməlinə mane də ola bilər, ona həsəd də apara bilər. Bu məqamda insanın genefondunu nəzərə almasaq düşdüyü mühitin də rolu öz işini görmüş olur. Yazının əsas mövzusu yaltaqlıq və qeybət olduğu üçün hələlik bu məqamın üstündə qərar tutmaq niyyətindəyik. Vəkil Rövşən Qacımov bildirib ki, təəssüf doğuran haldır ki, yaltaqlıq və qeybət sarı sarmaşıq, qorxulu bir illət kimi cəmiyyəti sarmaqdadır. Təbii ki, bu iki sindromu ən çox yaradan amil ətraf mühit və şəraitdir: "Ən çox bacarıqsız, elmi və sosial mühitdə düşüncəsi inkişafdan geri qalan insanların bir qismi bu xəstəliyə yoluxurlar. Və ən pis cəhəti də budur ki, bu cür insanlar etdikəri pisliklərin dərəcəsini qiymətləndirmək hisslərini itirdikləri üçün özlərinə tərəf müqabil axtarır, həmdüşüncə və həmfikirlərinin çoxluğunu arzu edirlər. Ya da təsir dairələrini genişləndirmək üçün qeyri ənənəvi metodlardan istifadə edərək ətrafda olan kamil insanlara zərər verməkdən çəkinmirlər. Cəsarətlə demək istəyirəm ki, bu xasiyyət deyil, qorxunc bir xəstəlikdir. Hal-hazirda belə bir diaqnoz olmasa da inaniram ki, yaxın zamanlarda insanların bu xəstəliyin müalicəsinə olan təlabatı nəzərə alaraq psixologiya elmi bunu psixoloji xəstəliyin ən qorxunc növü kimi təsdiq edəcək. Ən pisi də budur ki, ən çox diaqnoz qoyulan kimi statistikada biz ön yerlərdən birində yer alacağıq. Səbəbini araşdırdıqda isə təməli mükəmməlliyyətçilikdən, tamamlanmamış qayğılardan, özgüvənsizlikdən, olanla yetinməməkdən, ümüdsüzlükdən (yəni ozu haqqinda düşünməyib də başqalarının həyatını götür-qoy edir) şəratanının azlığından ozünü daha bacarıqlı və hər şeyi çox bilmiş kimi göstərmək istəyi və sair". Onun sözlərinə görə, bu sindrom özünü qadınlarda və kişilərdə fərqli formada göstərir. Qadınlarda daha çox görülən bu diaqnoz söz almaq üçün, kimisə kiminsə gözündən salmaq üçün, kiminsə sirrini hər kəsə açmaq üçün və bir çox digər məqsədlər daşıyırsa, kişilərdə özünü təsdiqləmə yanındakı insana onun daha üstün oldugunu göstərmə, hər olanı çox yaxşı anladığını bildirmək üçün və ya heç kimi bəyənmirmiş kimi düşuncəsi oldugunu göstərmək və yaltaqlıq üçün istifadə edilir. Əslində insan üçün heç bir xeyri olmayan, əksinə insanı ətrafındakı insanların gözündən salan, güvənilməyəcək və hörmət olunmayacaq, bir hala salan bu vərdiş onu edənlər üçün sadəcə günlük rejimin əsas hissəsi və qətiyyən təxirə salınmayacaq bir məşğuliyyətdir. Hüquqşünas onu da bildirib ki, bu sindrom keçicidir. Genetik yolla atadan oğula və bütün geni əhatə edən insanlara keçə bilər. Xəstəlik özu ilə yalana meyillilik, sayrışan nevroz, sosial fobia və hallüsinasialar da yaradır. Belə insanlar bu vərdiş üzrə özlərini peşəkar saydıqları üçün evdə oturduqları halda qiybət etdikləri insanın ilk top 5 də olanlar haqqında öncədən fantaziyalar qururlar. Uydurduqları yalanlara özləri inandıqları və zaman keçdikcə bunu bir həqiqət kimi qəbul etdikləri üçün "əqlinin" və fantaziyasının məhsulu olan yalanı ətrafa yaymaga başlayirlar: "Terapiya üsulunun necə aparıldığı haqqında duşunsək onları ilk öncə psixoanaliz edib həyatlarındaki problemləri həll etdikdən sonra psixiatrın dərman dəstəyi ilə aradan qaldırmaq mümkündür. Həyatlarında olan problemi tapmanın ən asan yolu isə danışdığı insanla daha çox nədən danışırsa, deməli bu insanın öz həyatında o yöndə dərin yoxsulluq var deməkdir. Bu cür adamlar danışdıqlarının öz həyatlarından da olmasını arzu etmələri kiminsə haqqında yalnız fikirlərini pis yöndə ifadə etməklə tamamlayırlar. Düşüncəmizə görə, əgər günümüzdə bu cür adamlarla qarşılaşırıqsa heç fikir verməyə də bilərik qənaətində olanlar da var. Lakin bilməliyik ki, onlar heç yorulmadan danışdıqlarını sizin təsdiqləmənizi istəyəcəklər. Bunu etmiş olsanız problemi daha da dərinləşdirməyə yardım etmiş olarsınız. Bu xəstəliyə yoluxmuş insanları tanımaq o qədər də çətin deyildir. Onlar cəmiyyət içində daha çox diqqəti yayınıq olan biri kimi görünürlər. Çünki daima ətrafdaki insanlari analiz etdiklərinə və tapdıqları mövzunu danışmağa, genişləndirərək yaymağa vasitə axtardıqlarına görə, həmişə beyinləri məşqul vəziyyətdə olur, özlərindən biixtiyar donuq üz ifadəsi alırlar".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31